Prezident İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin maaşlarını artırdı

Prezident İlham Əliyev Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında  sərəncam imzalayıb.

Prezident İlham Əliyev Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında  sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31