DİM sədri: “Prezident seçkiləri ilə əlaqədar imtahanların tarixində dəyişiklik edilməyəcək”

“Prezident seçkilərinə görə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlar təxirə salınmayacaq və onların vaxtı dəyişdirilməyəcək”. Bu sözləri  Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

"Prezident seçkilərinə görə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlar təxirə salınmayacaq və onların vaxtı dəyişdirilməyəcək". Bu sözləri  Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O qeyd edib ki, imtahan cədvəli əvvəldən müəyyən edilib: "Seçki və imtahanın vaxtında heç bir kəsişmə yoxdur. Ona görə də imtahanlar təxirə salınmayacaq və elan edilən vaxtda keçiriləcək".

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin olunub. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31