Əfqanıstan prezidenti "Taliban"la danışıqlara gedir?

Əfqanıstan prezidenti Əşrəf Qəni ölkədə təhlükəsizliyin təmin olunması üçün “Taliban” qruplaşmasını sülh danışıqlarında iştirak etməyə çağırıb. Məlumata görə, Ə.Qəni bu çağırışı 20-dən çox ölkə və beynəlxalq təşkilatın iştirak etdiyi 2-ci Kabil Sülh Konfransı zamanı edib. Prezident elan edib ki, hökumət danışıqlarda iştirak etmək niyyətində olan "Taliban" nümayəndələrinin təhlükəsizliyini təmin edəcək.

Əfqanıstan prezidenti Əşrəf Qəni ölkədə təhlükəsizliyin təmin olunması üçün "Taliban" qruplaşmasını sülh danışıqlarında iştirak etməyə çağırıb. Məlumata görə, Ə.Qəni bu çağırışı 20-dən çox ölkə və beynəlxalq təşkilatın iştirak etdiyi 2-ci Kabil Sülh Konfransı zamanı edib. Prezident elan edib ki, hökumət danışıqlarda iştirak etmək niyyətində olan "Taliban" nümayəndələrinin təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, 2014-cü ildə ABŞ və NATO missiyaları Əfqanıstanı tərk etdikdən sonra "Taliban" hücumların sayını artırmışdı. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31