13 namizədin 12 günü qaldı - MSK
MSK Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkisi ilə əlaqədar 15 nəfərin namizədliyini təsdiqləyib. Bu vaxta qədər yalnız Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyi qeydə alınıb.
28 Fevral 2018 16:59 SiyasətMSK Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkisi ilə əlaqədar 15 nəfərin namizədliyini təsdiqləyib. Bu vaxta qədər yalnız Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyi qeydə alınıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib. "Bu gün isə prezidentliyə namizədliyi müstəqil qaydada irəli sürülmüş Zahid Orucun imza vərəqələri və sənədləri MSK-ya təqdim olunub. Seçki qanunvericiliyinin tələblərinə müvafiq olaraq imza vərəqələri və digər sənədləri MSK-ya təqdim edildikdən sonra 7 gün ərzində namizədin qeydə alınıb-alınmaması barədə qərar qəbul edilir. Ümumilikdə, MSK özünün təqdim etdiyi təqvim planına və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq genişmiqyaslı maarifləndirmə və məlumatlandırma tədbirlərini davam etdirir", - Ş.Əsədli bildirib.
Qeyd edək ki, qanunvericiliyə görə, namizədlərin qeydə alınması üçün imza vərəqələri MSK-ya 12 marta qədər təqdim edilməlidir. Axar.az