"Eriksen sözünü meydanda deyir"
"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen Avropanın böyük klublarının maraq dairəsindədir. Bu məsələyə münasibət bildirən danimarkalı havbekin agenti Martin Şuts bunları deyib: "Söz-söhbətlərə xüsusi şərh vermirəm.
28 Fevral 2018 17:27 İdman"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen Avropanın böyük klublarının maraq dairəsindədir. Bu məsələyə münasibət bildirən danimarkalı havbekin agenti Martin Şuts bunları deyib: "Söz-söhbətlərə xüsusi şərh vermirəm. Amma futbolçunun adının "Real", "Barselona" və "Mançester Yunaytedted" kimi klublarla yanaşı çəkilməsi komplimentdir. Kristianın 14 yaşı tamam olandan bəri böyük klublar ona ciddi maraq göstərir. İlk öncə "Çelsi", "Milan" və "Barselona" onunla maraqlanırdı. Daha sonra hər transfer pəncərəsində arasılkəsilmədən təkliflər gəlməyə başladı. Mətbuat bütün klubların adını bilmir. Eriksen çox danışmağı sevən oğlan deyil. O, sözünü ayaqları ilə meydanda deyir". Goal.az