Xamneyinin nümayəndəsi ermənilərə lənət oxudu

Ermənistan mətbuatı İran İslam Respublikasının Ali Liderinin Ərdəbil üzrə nümayəndəsi Seyid Həsən Amilinin Xocalı soyqırımı ilə bağlı fikirlərini təhrif edib.

Ermənistan mətbuatı İran İslam Respublikasının Ali Liderinin Ərdəbil üzrə nümayəndəsi Seyid Həsən Amilinin Xocalı soyqırımı ilə bağlı fikirlərini təhrif edib. Bu barədə "Trend"ə İran Ali Liderinin Ərdəbil üzrə nümayəndəsinin mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən qeyd olunub ki, Ermənistan KİV-in yaydığı məlumat həqiqətə uyğun deyil: "İranın Ali Liderinin nümayəndəsi Seyid Həsən Amili Xocalı faciəsini pisləyir, ermənilərə lənət oxuyur. Seyid Həsən Amili Xocalı şəhidlərinin xatirəsini anır və onlara Allahdan rəhmət diləyir. Bu faciə unudulmamalıdır. Biz Qarabağ şəhidlərinin intiqamını almağa hazırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31