Oğuzda 4 min əhalinin gediş-gəlişi asanlaşacaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən sistemli fəaliyyət çərçivəsində Oğuz rayonu Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. “OLAYLAR”-a Agentlikdən bildirilib ki, 17.5 km uzunluğa malik olan avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. 6 metr hərəkət hissə, 2 metr çiyinlər olmaqla yolun eni 10 metr təşkil edəcək. Başlanğıcını respublika əhəmiyyətli R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yolundan götürən yerli əhəmiyyətli yol torpaq və çınqıl örtüklüdür. Bu üzdən 4 yaşayış məntəqəsində yaşayan 4 min nəfər əhalini gediş-gəlişində çətinliklər olur. Lakin yolun yenidən qurulması bu çətinlikləri geridə qoyacaq. Hazırda yol boyu yeni yol yatağının inşası işləri aparılır. Buna paralel olaraq mövcud suötürücü boruların yenilənməsi və zəruri olan yerlərdə yenilərinin inşası işləri də görülür. Bu işlərə uyğun müxtəlif diametrli 200 metr uzunluğunda yeni dəmir-beton suötürücü borunun quraşdırılması nəzərdə tutulub.
28 Fevral 2018 16:19 SosialAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən sistemli fəaliyyət çərçivəsində Oğuz rayonu Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. "OLAYLAR"-a Agentlikdən bildirilib ki, 17.5 km uzunluğa malik olan avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. 6 metr hərəkət hissə, 2 metr çiyinlər olmaqla yolun eni 10 metr təşkil edəcək.
Başlanğıcını respublika əhəmiyyətli R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yolundan götürən yerli əhəmiyyətli yol torpaq və çınqıl örtüklüdür. Bu üzdən 4 yaşayış məntəqəsində yaşayan 4 min nəfər əhalini gediş-gəlişində çətinliklər olur. Lakin yolun yenidən qurulması bu çətinlikləri geridə qoyacaq. Hazırda yol boyu yeni yol yatağının inşası işləri aparılır. Buna paralel olaraq mövcud suötürücü boruların yenilənməsi və zəruri olan yerlərdə yenilərinin inşası işləri də görülür. Bu işlərə uyğun müxtəlif diametrli 200 metr uzunluğunda yeni dəmir-beton suötürücü borunun quraşdırılması nəzərdə tutulub.
Tikinti layihəsinə uyğun olaraq daha sonra optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsası inşa ediləcək, yolun asfaltlanması işləri aparılacaq. Ümumilikdə yolun 100 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.