“Sarkisyan diplomatı Qarabağa azərbaycanlıların qayıdacağına inandırmağa çalışdı” -  Mübariz Əhmədoğlu

Ermənistan prezidenti S. Sarkisyan Qarabağ əsilli azərbaycanlı diplomatı azərbaycanlıların Dağlıq Qarabağa qayıdacağına inandırmağa çalışıb. “Siz ola bilər şübhələnirsiniz. Amma azərbaycanlılar Dağlıq Qarabağa və ətraf rayonlara qayıdacaq”.

Ermənistan prezidenti S. Sarkisyan Qarabağ əsilli azərbaycanlı diplomatı azərbaycanlıların Dağlıq Qarabağa qayıdacağına inandırmağa çalışıb. "Siz ola bilər şübhələnirsiniz. Amma azərbaycanlılar Dağlıq Qarabağa və ətraf rayonlara qayıdacaq".

Bunun üçün S.Sərkisyan ancaq-ancaq bir şərt irəli sürdü. Azərbaycan rəhbərliyi fikrini dəyişməli və reallıqdan uzaq arzularından əl çəkməlidir. Söhbət Prezident İ.Əliyevin Yerevanın Azərbaycana qaytarılması ilə bağlı verdiyi bəyanatdan gedir. Dağlıq Qarabağa azərbaycanlıların qayıtmasını separatçı Dağlıq Qarabağdakı de-fakto rəhbərliyin təmsilçiləri də etiraf ediblər. Ən azı D.Babayan iki dəfə bu məsələyə təsdiqləyici münasibət bildirib. Onun da şərti var: Azərbaycanlılar "DQR"-in vətəndaşlığını qəbul etdikdən sonra qayıda bilərlər. D.Babayan Dağlıq Qarabağa azərbaycanlıların qayıtması mövzusunda təsdiqləyici mövqe bildirməyə məcburdur. İrəli sürdüyü şərtin mənası yoxdur. Çünki yalnız azərbaycanlılar Dağlıq Qarabağa qayıtdıqdan sonra Dağlıq Qarabağın statusunun müəyyən olunması prosesi başlaya bilər. ATƏT MQ Dağlıq Qarabağda azərbaycanlıların deportasiyasına hüquqi don geydirə, hətta ona göz yuma bilməz. Beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT MQ-nin qabağında olan qırmızı xətlərdən biri də budur. Azərbaycanlıların deportasiyasının nəticələri aradan qaldırılmalıdır, sonra Dağlıq Qarabağın taleyi müəyyən olunmalıdır. S.Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsində imitasiya ilə hərbi təxribatları növbələşdirərək tənzimlənməyə imkan vermədi. Nəticədə, prosesləri 2016-cı ilin aprel döyüşlərinə gətirib çatdırdı. İndi Azərbaycan Prezidentinin azərbaycanlıların İrəvana qayıtması ilə bağlı bəyanatından qorxur. S.Sərkisyan Azərbaycan Prezidentinin bu bəyanatını İrəvanın Azərbaycana qaytarılması kimi başa düşüb. Görünür, S.Sərkisyan fikirləşir ki, Dağlıq Qarabağın 30 il erməni işğalı altında qalmasına dözən beynəlxalq ictimaiyyət Yerevanın da gələcəkdə azərbaycanlılarn nəzarətinə qayıtmasına dözəcək. S.Sərkisyanın belə qorxusu varsa, o işğal altındakı Azərbaycan torpaqlarını mümkün qədər tez sahibinə qaytarmalıdır. Aznews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31