Karabük Universitetində Xocalı soyqırımı qurbanları anıldı
Fevralın 27-də Türkiyənin Karabük Universitetində Azərbaycan Tələbə Təmsilçiliyinin və KADER-in (Kadın və Demokratiya Klubu) Xocalı soyqırımına həsr etdiyi konfrans və fotosərgi keçirilib. Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycanın və Türkiyənin himnləri səsləndirilib.
28 Fevral 2018 15:15 SosialFevralın 27-də Türkiyənin Karabük Universitetində Azərbaycan Tələbə Təmsilçiliyinin və KADER-in (Kadın və Demokratiya Klubu) Xocalı soyqırımına həsr etdiyi konfrans və fotosərgi keçirilib. Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycanın və Türkiyənin himnləri səsləndirilib.
Konfransda Universitetin prorektoru, professor Mustafa Yaşar, dosent və siyasi araşdırmalar kafedrasının müdiri Ələsgər Ələsgərli, dosent Mərziyyə Məmmədli, dosent Ümit Kedikli və Tələbə Təşkilatının sədri Cavidan Kərimli çıxış edərək Xocalı faciəsinin səbəbləri, təşkilatçıları, törədiciləri və dünya ictimaiyyətinin bu soyqırıma münasibətindən danışıblar. İctimaiyyəti türk xalqlarına qarşı törədilən soyqırım ədalətsizliyi və ikili münasibətlərə qarşı daha həssas və diqqətli olmağa çağırıblar.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.