Avropa Azərbaycanlıları Konqresinin VI Qurultayı başa çatıb
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı ilə Niderland Krallığının Amsterdam şəhərində AAK-ın VI (növbədənkənar) qurultayı panel iclaslarıyla işini davam etdirib. Qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərov, Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev, Avropa ölkələrindəki diaspor nümayəndələri, ölkəmizin bir sıra aparıcı media qurumlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.
28 Fevral 2018 15:17 SiyasətNazim İbrahimov: "Diasporda sosial media qəhrəmanları peyda olub"
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı ilə Niderland Krallığının Amsterdam şəhərində AAK-ın VI (növbədənkənar) qurultayı panel iclaslarıyla işini davam etdirib. Qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərov, Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev, Avropa ölkələrindəki diaspor nümayəndələri, ölkəmizin bir sıra aparıcı media qurumlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komtəsindən bildirilib ki, Qurultayın ilk panel iclası Azərbaycan Respublikası Prezidentinin "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Avropa ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə əlaqədar AAK-ın Tədbirlər Planının layihəsinin müzakirəsinə həsr edilib. Paneldə Avropa Azərbaycanlıları Konqresinin fəxri-prezidenti, AAK-ın İdarə Heyətinin üzvü Samira Patzer-İsmayılova, AAK İcraiyyə Komitəsinin üzvləri - Finlandiya Azərbaycanlı Qadınlar Birliyinin sədri Arzu Muradlı, İstanbul Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Serbiyada Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadə çıxış edərək mövzu ilə bağlı təkliflərini səsləndiriblər.
Panelin moderatoru Samira-Patzer İsmayılova çıxış edərək Azərbaycan Respublikası Prezidentinin "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi haqqında Sərəncamı barədə tədbir iştirakçılarına geniş məlumat verib. S.İsmayılova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi müasir dövrümüzün tarixinin ən önəmli nailiyyətlərindən biri olduğunu qeyd edən vitse-prezident Azərbaycanın məhz həmin Cümhuriyyətin varisi olduğunu qeyd edib. Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətlərdən danışan S.İsmayilova dövlətimizin tarixinin və zəngin mədəni irsinin Avropa ölkələrində geniş tanıdılmasının zəruriliyini diqqətə çatdırıb.
İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karaqoyunlu çıxışında 2010-cu ildən fəaliyyət göstərən rəhbərlik etdiyi qurum haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O bildirib ki, İSTAD Türkiyə və Azərbaycanın ortaq problemlərinin, əsassız "erməni soyqırımı" iddiaları, Dağlıq Qarabağ məsələsi və XXI əsrin əvvəlində Xocalı şəhərində törədilən soyqırımın insanlığa qarşı cinayət olduğunu dünya ictimaiyyətinin nəzərinə çatdırmağa çalışır. S.Karakoyunlu Türkiyədə də AXC-nin yüzilliyinin qeyd edilməsi ilə bağlı geniş proqramın olduğunu diqqətə çatıdırıb, Azərbaycanın təhsil müəssisələrdən birinə Qafqaz İslam ordusunun generalı olmuş Nuru Paşanın adının verilməsi və Bakıdakı Türk Şəhidliyində abidənin ucaldılması ilə bağlı təklif irəli sürüb. Serbiyada Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadə AXC-nin yüzilliyilə bağlı Serbiyada keçiriləcək tədbirləri diqqətə çatdıraraq Serbiyada müasir yazıçıların antologiyasının nəşr olunacağını qeyd edib. Serbiyada Azərbaycan mədəniyyətinə böyük marağın olduğunu qeyd edərək, 10 may tarixində AXC-nin yüzilliyinə həsr edilmiş, simfonik orkestrin iştirakı ilə Belqrad Opera və Balet Teatrında böyük tədbirin keçiriləcəyini bildirib. Serb dilinə tərcümə olunacaq əsərlərin Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro oxucuları üçün maraqlı olacağını söyləyib. Eyni zamanda, may ayında 100 illiklə bağlı Azərbaycan günlərinin təşkil ediləcəyini də vurğulayıb.
Qurultayın ikinci panel iclası "1918-ci il azərbaycanlıların soyqırımının yüzilliyi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Avropa ölkələrində 31 mart azərbaycanlıların soyqırımının yüzilliyinin qeyd edilməsi ilə əlaqədar AAK-ın Tədbirlər Planının müzakirəsinə həsr edilib. AAK İcraiyyə Komitəsinin üzvü, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın moderatorluğu ilə keçən paneldə AAK vitse-prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, AAK fəxri prezidenti, Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhmədzadə çıxış edərək təkliflər səsləndiriblər.
Avropa Azərbaycanlıları Konqresinin (AAK) Amsterdamda keçirilən növbədənkənar qurultayının III paneli "Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları"na həsr edilib. Panelin moderatoru "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu çıxışında media və diaspor görüşünün bu şəkildə təşkilini zəruri və təqdirəlayiq addım hesab edib. O, qeyd edib ki, mediya nümayəndələri diasporla həmişə birlikdə çalışmağa hazırdır və daim onlardan təkliflər gözləyir.
APA Holdinqin prezidenti Vüsalə Mahirqızı isə dövlətin mediadan gözləntisinin dəfələrlə Azərbaycan Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tərəfindən səsləndirildiyini xatırladaraq rəhbərlik etdiyi media holdinq barədə qurultay iştirakçılarına geniş məlumat verib. V. Mahirqızı qeyd edib ki, milli məsələlərdə diasporun media ilə əməkdaşlığı olmalıdır. O, diaspor liderlərini Azərbaycan həqiqətlərinin yayılmasında daha fəal birgə işə dəvət edib.
"Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev diasporun xarici media ilə təmasını, xüsusən də Azərbaycan mətbuatı ilə xarici mətbuatın qarşılıqlı əlaqələrinin inkişafının vacibliyini bildirib.
"Yeniçağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər isə xarici mediada azərbaycanlıları çalışmasının vacibliyindən danışıb: "Biz media olaraq diasporla çox yaxından işləyirik, onların fəaliyyətini işıqlandırırıq. Amma bu Azərbaycan həqiqətlərinin yayılmasında kifayət etmir. Yaxşı olardı ki, xarici mətbuatda azərbaycanlıların yer alması, əməkdaş kimi çalışmasına diqqət edək. Bu məsələdə bizim diaspor liderlərimiz, xaricdəki iş adamlarımız daha fəal ola bilərlər. Bəzən bəzi diaspor təşkilatlarımız bizim onların fəaliyyətinə yer verməməzdən şikayət edirlər. Amma biz həqiqi fəallığı olan bütün diaspor təşkilatlarımızı izləyirik".
"İnterpress" saytının rəhbəri Toğrul Allahverdili də diasporla birgə fəaliyyətdən danışaraq təkliflərini səsləndirib.
"Haqqın.az" və "virtualaz.org" saytlarının rəhbəri Eynulla Fətullayev isə xaricdə yaşayan azərbaycanlıları daha çox yaşadıqları ölkələlərdə cəmoyyətə inteqrasiya olunmağa, eyni zamanda o ölkələrin media orqanlarına daha çox nüfuz etməyə çağırıb.
Diasporla İş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimov isə bildirib ki, son vaxtlar diaspor liderləri arasında həqiqi qəhrəmanlardan fərqli olaraq sosial media qəhrəmanları da peyda olub. "Heç bir praktik fəaliyyəti yox, ancaq sosial şəbəkədə hər gün nəsə yazıb diqqət çəkir, hətta şikayət də edir ki, biz ona diqqət göstərmirik. Ona görə mən mediamızdan xahiş edərdim diaspordan yazarkən belə faktlara diqqət etsinlər, əvvəlcədən bir məlumat toplasınlar ki, fəaliyyətlərini işıqlandırdıqları diaspor adından danışan kimdir"- deyə N. İbrahimov çıxışında bildirib. Dövlət Komitəsinin sədri eyni zamanda, media rəhbərlərinin xarici mətbuatla qarşılıqlı əməkdaşlıq təklifini də dəstəkləyib. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında Azərbaycan mətbuatı ilə diasporun birgə fəaliyyətinin son dərəcə mühüm olduğunu qeyd edib. "Diasporla iş üzrə Komitənin tədbirlərində Azərbaycan mediasının fəaliyyətini əlaqələndirən belə bir panelin təşkil olunması təqdirəlayiqidir. Gələcəkdə də digər tədbirlərdə də media ilə bağlı oxşar panellərin təşkil olunması vacibdir. Vaxtı ilə Azərbaycan informasiya blokadasında idi. Buna səbəb isə fəaliyyət göstərən, yeni müstəqilləşmiş medianın peşəkarlardan ibarət olmaması idi. İndi Azərbaycan mediası peşəkar kollektivlərdən ibarədir. Bu günkü mediamız regionun və dünyanın öndə gedən media qurumları ilə yarışa bilir, Azərbaycanın milli dövlət maraqlarının qorunması və eyni zamanda informasiya bolluğunun təşkil olunmasında müstəsna xidmət göstərir".-deyə Əli Həsənov çıxışında bildirib.
Qurultayın sonunda Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsinə əlavə və dəyişikliklər müzakirə olunaraq qəbul edilib. Avropa Azərbaycanlıları Konqresinin Rəhbər orqanlarının yeni tərkibi təsdiq edilərək Sahil Qasımov səs çoxluğu ilə yenidən Konqresin prezidenti seçilib.
Avropa Azərbaycanlıları Konqresinin 2018-2021-ci illər üçün Fəaliyyət Proqramı, Avropa Azərbaycanlıları Konqresinin VI (növnədənkənar) Qurultayının Qətnaməsi qəbul edilib. Bununla yanaşı, Qurultay iştirakçıları adından Xocalı Soyqırımının 26-cı ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb, bununla yanaşı, "Metsamor" Atom Elektrik stansiyası ilə bağlı beynəlxalq təşkilatlara müraciət və Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevə qurultay iştirakçıları adından müraciət ünvanlanıb.
Füzuli