İnsanlar bu tarixdə yadplanetlilərlə əlaqə yaradacaq

Bəşəriyyət cari yüzillikdə yadplanetlilərlə əlaqə yaradacaq.  Bu iddia ilə əslən yaponiyalı olan nəzəriyyəçi-fizik Mitio Kaku çıxış edib. Fizikin fikrincə, insanlar radiosiqnalları dinləyərək əsrin sonuna yaxın yadplanetli sivilizasiyanı aşkar edəcəklər. Ancaq alim düşünür ki, ünsiyyəti qaydaya salmaq ağır olacaq. 

Bəşəriyyət cari yüzillikdə yadplanetlilərlə əlaqə yaradacaq.  Bu iddia ilə əslən yaponiyalı olan nəzəriyyəçi-fizik Mitio Kaku çıxış edib. Fizikin fikrincə, insanlar radiosiqnalları dinləyərək əsrin sonuna yaxın yadplanetli sivilizasiyanı aşkar edəcəklər. Ancaq alim düşünür ki, ünsiyyəti qaydaya salmaq ağır olacaq. SETI (Search for Extraterrestrial Intelligence) layihəsinin böyük astronomu Set Şostak həmçinin hesab edir ki, yadplanetlilərlə əlaqə radiodalğa əlaqəsi vasitəsilə ən yaxın 20 ildə olacaq. Eyni zamanda fizik-nəzəriyyəçi Stiven Xokinq güman edir ki, yadplanetlilər bəşəriyyət üçün təhlükə təşkil edirlər və insanlar yerdən kənar sivilizasiyaların müraciətlərinə məhəl qoymamalıdır.

Sonuncu ilə astronomlar Maykl Xippke və Con Lerned razıdır. Onlar güman edirlər ki, yerdən kənar sivilizasiyalarının müraciətlərində zərərverici kodlar və ya təhlükəli yalan məlumatlar ola bilər. Publika.az "Science Alert" nəşrinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31