Tibbi sığorta insan sağlamlığının qorunmasının təminatlı bir formasıdır

Müstəqillik illərindən sonra terminologiyamıza gələn yeni sözlərdən biri də tibbi sığorta oldu. Düzdür, sovetlərin zamanında da hər bir müttəfiq respublikada olduğu Azərbaycanda da sığorta yığımı, sistemi mövcud idi və bu sistem ümumi məna kəsb edirdi. Yəni, avtomobil, mənzil, tibbi sığorta deyə kateqoriyalar yox idi.

Müstəqillik illərindən sonra terminologiyamıza gələn yeni sözlərdən biri də tibbi sığorta oldu. Düzdür, sovetlərin zamanında da hər bir müttəfiq respublikada olduğu Azərbaycanda da sığorta yığımı, sistemi mövcud idi və bu sistem ümumi məna kəsb edirdi. Yəni, avtomobil, mənzil, tibbi sığorta deyə kateqoriyalar yox idi. Lakin müstəqillik illərindən sonra hər bir sahədə olduğu kimi sığorta sahəsində də qabaqcıl dünya təcrübəsinin öyrənilməsi yeni-yeni sığorta haqlarının tətbiqinə yol açdı. Əslində istər avtomobil, istər mənzil, istərsə də sağlamlığın, ümumilikdə həyatın sığorta edilməsi ilk növbədə insanın özü üçün vacibdir. Avtomobil qəzaya uğrayanda ona dəymiş zərərin ödənilməsindən tutmuş, daşınmaz əmlaka dəyən zərərin qarşılanmasına qədər bütün sığortaların tətbiq edilməsi məqsədəuyğun hesab edilə bilər. Eləcə də son illər xüsusi aktuallıq kəsb edən səyahət sığortası.

Qeyd edək ki, günümüzdə ölkədə fəaliyyət göstərən əksəriyyət sığorta şikrətləri səyahət sığortası daxil olmaqla sığortanın bir çox növlərini təklif və tətbiq edirlər. Odur ki, bu gün hər bir cəmiyyətin həyatında, insanların sağlamlığının qorunmasında və təmin edilməsində tibbi sığortanın müstəsna əhəmiyyəti var. O cümlədən, Azərbaycan cəmiyyəti üçün də tibbi sığorta amili olduqca aktualdır. Elə 12 ildən artıq bu sahədə çalışan, tibbi sığorta ilə məşğul olan "AtaSığorta" ASC-nin Tibbi və Səyahət sığortası departamentinin direktoru Rozaliya Sadıqova da belə düşünür. O, təmsil etdiyi qurumun bu sahədə göstərdiyi xidmətlər, həmçinin tibbi sığortanın bir sıra vacib məqamları və incəlikləri ilə bağlı fikirlərini bildirib. Qeyd edib ki, sağlamlığın insan üçün ən mühüm amil olduğunu nəzərə alsaq, tibbi sığortanın çox əhəmiyyətli bir sığorta növu olduğu üzə çıxır. Onun sözlərinə görə. insan qəfil bir xəstəliklə üzləşəndə, həm maddi, həm mənəvi cəhətdən yardıma, gözlənilməz tibbi məsrəflərin qarşılanmasına, keyfiyyətli tibbi yardımın alınmasına və qayğısını çəkə bilən təşkilata çox ehtiyac duyur: "Sığorta şirkəti məhz bu ehtiyacların ödənməsini öz üzərinə götürür. Ümumiyyətlə, sığorta - risklərin başqasına ötürüldüyü və ya riskin başqası ilə bölüşdürüldüyü bir mexanizmdir. Sığorta hər hansı bir itkiyə məruz qalmış şəxsi buna səbəb olmuş hadisədən əvvəlki maliyyə vəziyyətinə qaytarmaq üçün təzminatla təmin edir. Tibbi sığorta sığortanın bir növü olmaqla, sığorta olunan şəxsin aldığı tibbi yardımın ödənişinə təminat verən, sağlamlığının qorunmasının təminatlı bir formasıdır". Rozaliya Sadıqova qeyd edib ki, tibbi sığorta icbari və könüllü olur: "Könüllü tibbi sığorta korporativ və fiziki şəxslərin sığortasına bölünür.Hazırda Azərbaycanda icbari tibbi sığortanın tətbiqi prosesi üzərində işlər aparılır. Şirkətimiz 12 ildir ki, korporativ könüllü tibbi sığorta ilə məşğuldur. Bu sahədə öncül şirkət olaraq sərfəli və keyfiyyətli xidmət təklif edirik. Öncə bildirim ki, korporativ tibbi sığorta işəgötürənin işçilərinin tibbi xərclərinin qarşılanmasını nəzərdə tutan sosial paketdir. Korporativ tibbi sığorta işəgötürənin işçilərini motivasiya etmək üçün effektiv vasitə olaraq şirkətin rəhbərliyinin işçilərinə qarşı bir qayğı göstəricisi sayılır. Korporativ sosial paketin tərkib hissələrindən biri olan işçilərin tibbi sığortası iş yerinin nüfuzuna təsir göstərir və hər bir işçinin şirkət üçün əhəmiyyətini vurğulayır. Belə qayğının məntiqi nəticəsi kimi xəstələnmə hallarının azalması, əmək məhsuldarlığının artması və çalışdığı şirkətə sadiq münasibətin formalaşması kimi müsbət göstəricilər əldə edilir". O, deyib ki, bağladığımız hər bir müqavilə unikaldır: "Ümumiyyətlə, hər bir şirkət üçün müştərinin fəaliyyət xüsusiyyətlərinin, işçilərinin sayının, onun tələbatlarının, arzularının və büdcə imkanlarının nəzərə alınması ilə fərdi proqram hazırlanır. Müştərimız təqdim etdiyimiz xidmətlər siyahısından istifadə edərək, özünə uyğun tibbi sığorta proqramını tərtib edə bilər. Məsələn, xidmətlərdən təcili yardım, ambulator yardım, stasionar yardım, stomatoloji yardım, dərman təminatı, hamiləliyin təqibi, peyvənd və s. göstərmək olar".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31