Azərbaycan cəmiyyəti sabitlik və davamlı inkişaf yolunu seçəcək
Prezident seçkiləri getdikcə yaxınlaşır. Demək olar ki, bir ay sonra ölkədə növbəti dəfə prezident seçkiləri keçiriləcək. Müasir Azərbaycanın siyasi həyatına mühüm tarixi hadisə kimi həkk olacaq bu seçkilərdə Azərbaycan xalqı özünün yeni prezidentini seçəcək. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə ölkənin bir nömrəli postuna seçiləcək şəxs 5 deyil, 7 il bu vəzifələri icra edəcək. Çünki sonuncu ümumxalq səsverməsindən (referendum) sonra ölkədə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb. Beləliklə, aprelin 11-də baş tutacaq prezident seçkilərinin qalibi növbəti yeddi il müddətində dövlətə, xalqa ləyaqətli xidmət missiyasını yerinə yetirəcək.
28 Fevral 2018 14:40 SiyasətPrezident seçkiləri getdikcə yaxınlaşır. Demək olar ki, bir ay sonra ölkədə növbəti dəfə prezident seçkiləri keçiriləcək. Müasir Azərbaycanın siyasi həyatına mühüm tarixi hadisə kimi həkk olacaq bu seçkilərdə Azərbaycan xalqı özünün yeni prezidentini seçəcək. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə ölkənin bir nömrəli postuna seçiləcək şəxs 5 deyil, 7 il bu vəzifələri icra edəcək. Çünki sonuncu ümumxalq səsverməsindən (referendum) sonra ölkədə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb. Beləliklə, aprelin 11-də baş tutacaq prezident seçkilərinin qalibi növbəti yeddi il müddətində dövlətə, xalqa ləyaqətli xidmət missiyasını yerinə yetirəcək.
Artıq xeyli müddətdir ki, sosioloji sorğu mərkəzləri tərəfindən Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı təhlillər aparılır, insanlar arasında sorğu keçirilir. Bu kimi sorğuların əsas məğzi isə seçkilərdə kimin qalib olması sualına cavab axtarmaqdır. İstər ölkədə keçirilən rəy sorğuları, istərsə də xalqın ayrı-ayrı fərdlərinin yanaşması, dəyərləndirməsindən ortaya çıxan mənzərə ondan ibarətdir ki, Azərbaycan ictimaiyyəti mövcud siyasi xəttin davam etdirilməsində maraqlıdır. Yəni hakimiyyət namizədinin yenidən dövləti idarə etməsindən. Çünki mövcud hakimiyyət uzun illərdir ki, Azərbaycan vətəndaşının təhlükəsiz yaşamasının qarantı rolunu oynayır. Həmçinin bu qarant özünü ölkə vətəndaşının daha yaxşı yaşaması, işləməsi, millətə, Vətənə xidmət etməsində də göstərir. 1993-cü ildən ölkəni idarə edən bu siyasi xətt 25 ildir ki, Azərbaycan vətəndaşının tam mənada etimadını qazanıb, önun rəğbətini əldə edib. Təbii ki, hakimiyyətin, ona rəhbərlik edən liderin uzaqgörən siyasəti, xalqına xidməti sayəsində. Hələ 15 il öncə, 2003-cü "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən hazırkı hakimiyyətin namizədi nəinki verdiyi bütün vədləri yerinə yetirdi, hətta Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi.
Azərbaycan Prezidenti bu illər ərzində müstəqil siyasətinə tam sadiqlik nümayiş etdirərək dövlət və xalq qarşısında öz missiyasını ləyaqətlə yerinə yetirdi. Aparılan uğurlu siyasət yaranan xalq-iqtidar birliyini daha da möhkəmləndirdi. Ölkənin inkişafı üçün son dərəcə vacib amil olan ictimai-siyasi sabitlik qorunub saxlanıldı, iqtisadi inkişafa, vətəndaş sülhü və həmrəyliyinə, qanunun aliliyinə xidmət edən mükəmməl konsepsiyanın həyata keçirilməsində yeni mərhələnin əsası qoyuldu.
Ötən illər ərzində inkişaf etməkdə olan ölkələr sırasına yüksələn Azərbaycanda başlanan yeni inkişaf dövrü, dərin və sürətli islahatlar mərhələsi mühüm uğurları şərtləndirdi. Azərbaycan dünyada əlverişli məkan, xarici investisiyaların, sərmayələrin cəlb olunduğu ölkəyə çevrildi. Bu illər ərzində Azərbaycana xarici investisiyaların cəlb olunmasında, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox böyük nəticələr əldə edildi. Ölkənin həm xarici, həm də daxili siyasətində böyük uğurlara imza atıldı. Məhz mövcud hakimiyyətiin həyata keçirdiyi uğurlu diplomatiya nəticəsində Azərbaycan 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Hazırkı hakimiyyətin, onun liderinin uzaqgörən siyasətinin nəticəsi olaraq dövlətimizin dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında fəaliyyəti artdı, həmin təşkilatlara yeni bir fəaliyyət növü təqdim edildi. Xarici təşkilatlarda çalışan azərbaycanlıların təşkilatlanması, onların mütəmadi qaydada ölkənin inkişaf prosesinə cəlb olunmaları, habelə Azərbaycan hökuməti ilə əlaqəli şəkildə fəaliyyət göstərmələri ilə bağlı məsələlərə dəstək verilməsi bu vacib sahədə xeyli irəliləyişə səbəb oldu.
Bu baxımdan 2014-cü ilin mart ayında Bakıda Azərbaycan Respublikasının Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin himayədarlığı ilə "Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların 1-ci Toplantısı" nın keçirilməsi, daha sonra xarici ölkələrdə Azərbaycanın milli maraqlarının müdafiəsi, təbliği üçün soydaşlarımızla səmərəli əlaqələrin qurulması və əməkdaşlığın inkişaf etdirilməsinə kömək məqsədi ilə "Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyası" nın yaradılaraq fəaliyyətə başlaması ilə ölkəmiz dünyanın aparıcı və nüfuzlu beynəlxalq təşkilatlarında yüksək səviyyəli kadrlarla təmin olunmsı istiqamətində yeni uğurlara imza atıb.
Əldə olunmuş nailiyyətlər bir daha təsdiq edir ki, Azərbaycan yeni çağırışları qarşılamağa hazırdır və bunun üçün adekvat inkişaf strategiyasına malikdir. Hazırkı hakimiyyət və onun liderinin həyata keçirdiyi siyasətin uğurlarını bütün xalqımız kimi müxtəlif nüfuzlu beynəlxalq təşkilatlarda işləyən azərbaycanlılar da görür və yüksək qiymətləndirir. Bu baxımdan xalqın mütləq əksəriyyətinin indidən öz seçimini etməsi təbii qarşılanmalıdır. Bu aspektdə ayrı-ayrı ölkələrdəki soydaşlarımızın da üzərinə böyük bir məsuliyyət düşür. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan xalqı ədalətli və şəffaf keçiriləcək seçkilərdə bir daha öz müdrik seçimini edərək işıqlı sabaha, davamlı inkişafa, yüksələn rifaha səs verəcək.
Süleyman