Sənaye üsulu ilə hazırlanan süd məhsulları orqanizmdə hansı problemlər yaradır?
Sənayeləşmənin, texnika, texnologiyanın sürətlə inkişaf etməsi bir sıra mal və məhsulları zəhmət çəkmədən, asan yolla əldə etmək imkanı yaradır. Artıq vəziyyət o həddə çatıb ki, kəndli də əksər ərzaq məhsulları, hətta süd və qatıq kimi ağartı məhsullarını marketlərdən əldə edir.
28 Fevral 2018 14:15 SosialXüsusilə uşaqların bu cür qidalardan uzaq durması tövsiyə edilir
Sənayeləşmənin, texnika, texnologiyanın sürətlə inkişaf etməsi bir sıra mal və məhsulları zəhmət çəkmədən, asan yolla əldə etmək imkanı yaradır. Artıq vəziyyət o həddə çatıb ki, kəndli də əksər ərzaq məhsulları, hətta süd və qatıq kimi ağartı məhsullarını marketlərdən əldə edir. Bu zaman isə haqlı bir sual yaranır? Marketlərdən alınan ağartı məshulları, süd, qatıq nə dərəcədə insan zəhməti hesabına əldə edilən anoloji məhsullar qədər insan orqanizmi üçün faydaladır? Yaxud texnika, texnologiyanın tətbiq edilməsi ilə hazırlanan bu kimi məhsullardan istifadə etməyə dəyərmi? Tibbi ekspert, həkim Füzuli Hüseynovun sözlərinə görə, bu gün sənayeləşmə o qədər həyatımıza daxil olub ki, istəməsək də özümüzdən uzaqlaşdıra bilmirik: "Beləliklə televiziyalarda, sosial şəbəkələrdə və başqa informasiya yayım yerlərində böyük firmaların nümayəndələri südün marketlərdən alınmasını təbliğ etməkdədir. Guya marketdə satılan südlərdən başqa südlər xəstəlik mənbəələridir, faydasızdır və s. O zaman ortaya maraqlı sual çıxır. Hansı südü istifadə etməliyik? Əvvəla onu deyim ki, bir çox elm adamları insanın ana südündən başqa digər südlə qidalanmasının əleyhinədirlər, guya süd çətin həzm olunur, köp və həzmsizlik verir, anemiyaya (qan azlığı) səbəb olur və s. Xatırladım ki, bunlar hamısı boş söz yığınıdır. Süd Allahın nemətlərindən biridir. Hətta Peyqəmbərimiz süd haqqında deyib ki, birisi sənə süd verdikdə al iç və belə de: "Allahım, bu nemətin bərəkətini artır" və ya müqəddəs kitabımız Qurani Kərimdə süd haqqında ayələrə rast gəlməkdəyik. Süd olduqca faydalı bir içkidir, süd insana bir rahatlıq verir, sümük sisteminin formalaşmasında əvəzolunmazdır, osteoporoz adlanan (sümük əriməsi) xəstəliyində olduqca faydalıdır və s. Amma bütün bunlar təbii südə aiddir. Belə ki, elm adamları 900 pişik üzərində təcrübə aparıblar. Bunların yarısına market südü, yarısına isə təbii süd verilib. Nəticələr belə olub ki, market südü ilə bəslənən pişiklərdə sümük əriməsi (osteoporoz) xəstəliyi əmələ gəlib və bu pişiklər olduqca zəif immun sisteminə malik olublar. Təbii süd içən pişiklər isə çox sağlam olublar. Məlum olub ki, market südlərinin tərkibindəki kalsium bədənimiz tərəfindən olduqca pis sorulur və ya heç sorulmur. Bunun da səbəbi kalsiumun sorulması üçün südün təkibindəki başqa mineralların olmaması ilə əlaqədardır. Məsələn, kalsiumun sorulması üçün ən azından kalsiumun üçdə biri qədər fosfor olmalıdır. Bütün bunların formulası təbii süddə pozulmur və bədənimiz tərəfindən rahatca sorulur. Marketdəki südlər isə əvvəlcə pasterizasiya olunur, sonra homogenizə olunur. Bu nə deməkdir? Pasterizasiya qaynatmadan südün bir neçə saat isti temperaturda saxlanılmasıdır. Burda elə bir problem yoxdur. Sonra isə süd yüksək təzyiq altında sıxılır. Burada məqsəd yağ molekullarının sudan ayrılmaması üçündür. Bu zaman yağ molekulası parçalanır və su ilə qarışır. Əsl problem bundan sonra əmələ gəlir. Yəni insan oğlu təbii dəngəni pozur. Nəzərə alsaq ki, market südünü uzun zaman saxlasaq da, xarab olmur, çünki tərkibinə kimyəvi qoruyucular qatılır. Bunlar da insan üçün zərərvericidir. Bunu da unutmaq lazım deyil. Bu saydığım ziyanlar nəinki tək süddə, həm də market südündən hazırlanmış hər şeyə aiddir. Məsələn, həmin süddən hazırlanmış qatıq, dovğa kəsmik və s". Füzuli Hüseynov tövsiyə edib ki, xüsusilə uşaqlara təbii kənd südü vermək lazımdır: "Təbii kənd südündən hazırlanmış qatıqdan, kəsmikdən, kefirdən, dovğadan istifadə edin, onda əsl kalsiumu bədən mənimsəyəcək. Ən faydalı qida təbii süd məhsullarıdır". Ekspert bildirib ki, dünyada südün ən çox istifadə edildiyi ölkə Amerika olsa da, ən çox sümük boşluğu xəstəlikləri də ordadır: "Artıq onlar sənayeləşmiş süddən yox, təbii süddən istifadə etməyə başlayıblar və bunun üçün təbii süd istehsal edən fermalar yaradılıb. Sonda hər bir süd istehsal edən müəssisənin özünün fermaları olur, fermada inəklər qapalı şəraitdə saxlanılır. Bu inəklər əsasən geni dəyişilmiş qidalarla qidalanırlar. Bütün bunlar südün keyfiyyətinə də təsir edir". Füzuli Hüseynov deyib ki, eyni şeyi marketlərdə satılan qatıqlar barədə də söyləmək olar. Onun sözlərinə görə, qatıq insanlar üçün faydalı olsa da, lakin onun süni yolla hazırlanması artıq faydalılığını itirir: "Qatıq biz insanlara lazımlı, faydalı bir qida vasitəsidir. Qatıq həqiqətən də çox faydalı bir nemətdir, qatığın tərkibi başdan-başa probiotik və bağırsaqdakı probiotik istehsalını artıran maddələrlə zəngindir. Qatıq yeyən insanlar sağlam yaşayar. Çünki bağırsaqları normal çalışar. Əgər bir insanın mədə bağırsağında problem yoxdursa, onda vitamin və mineral problemi olmaz. Unutmayaq ki, bədənə lazım olan vitaminlərin çoxu bağırsaqlarda əmələ gəlir və bədənə sorulur. Əgər bağırsaq sorulmasında problem varsa biz nə qədər vitaminli və bol minerallı qidalar qəbul etsək də faydası yoxdur". Ekspert deyib ki, qatıq həm də zəngin kalsium mənbəyidir: "Qatıq insanı cavan saxlayır, qan təzyiqini qalxmaqdan qoruyur, xolesterini aşağı salır. Qatığın ləzzətini dadmaq üçün təbii qidalanmış heyvan südündən ev şəraitində qatıq hazırlamaq lazımdır. Bu gün sənaye üsulu ilə hazırlanmış qatıqlar bütün marketlərdə satılır. Demək olar hamısı eyni dad verir. Çünki hamısı eyni üsulla hazırlanır. Aylarla soyuducuda qalmasına baxmayaraq xarab olmurlar. Çünki saxlanma müddətini uzatmaq üçün tərkibinə kimyəvi qoruyucular vurulur. Belə qatıqdan maya kimi istifadə etmək olmur. Çünki təkibində çanlı bakteriyalar çox az miqdardadır. Tamamilə sübut olunub ki, sənaye üsulu ilə hazırlanan süddən hazırlanmış qatığın tərkibindəki kalsiumun çox cüzi bir hissəsi bədən tərəfindən sorulur. Amma təbii qatıqda belə bir problem yoxdur". Füzuli Hüseynov deyib ki, valideynlər süd ilə yanaşı qatığı da övladına verəndə onun sənaye üsulu ilə hazırlanıb hazırlanmadığına diqqət etməlidirlər. O, bildirib ki, uşaqlara əsasən kənd südündən hazırlanmış qatıqlar vermək lazımdır: "Çalışb marketdən alınan süd və qatıqdan uzaq durmaq lazımdır".
Məhəmməd