Bakıda “Microsoft” İnnovasiya Forumu keçiriləcək
Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə bu gün Bakıda “Microsoft” İnnovasiya Forumu keçiriləcək. “OLAYLAR” xəbər verir ki, forum ən müasir texnoloji yenilikləri əhatə edəcək və bir çox IT şirkətləri və startapları bir araya toplayacaq.
28 Fevral 2018 12:58 SosialMicrosoft Azerbaijan" şirkətinin təşkilatçılığı ilə bu gün Bakıda "Microsoft" İnnovasiya Forumu keçiriləcək. "OLAYLAR" xəbər verir ki, forum ən müasir texnoloji yenilikləri əhatə edəcək və bir çox IT şirkətləri və startapları bir araya toplayacaq. Tədbirdə informasiya texnologiyaları sahəsində şirkət nümayəndələri və mütəxəssislər iştirak edəcək. Bununla yanaşı, forumda gənc istedadlar arasında keçirilən "Microsoft Imagine Cup 2018" beynəlxalq texnoloji müsabiqənin milli turu haqqında da ətraflı məlumat verilicək.
Bundan başqa, tədbirdə "Microsoft Azerbaijan" şirkətinin nümayəndələri bulud xidmətlərinin fərdi həyatda və biznesdə istifadəsi imkanları barədə məlumat verəcək, həmçinin "Windows" əsaslı cihazları, işgüzar və gündəlik istifadə üçün nəzərdə tutulmuş proqram və həlləri, o cümlədən bu cihazların vahid sistem kimi işləyə bilmə imkanlarını nümayiş etdirəcəklər.