Azərbaycanda zəlzələ

Azərbaycan Respublikası ərazisində 4,3 maqnituda gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, yeraltı təkanlar ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:03-də Xınalıqdan 17 km şimal-şərqdə Quba rayonu ərazisində qeydə alınıb.

Zəlzələnin ocağı yerin 36 km. dərinliyində olub. Yeraltı təkanlar hiss olunmayıb.

***

Göyçay rayonunda zəlzələ baş verib.

Yeraltı təkanlar təqribən 23:04 radələrində rayon ərazisində hiss olunub.

İlkin ehtimala görə, zəlzələ 3 maqnituda gücündə olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31