Müerreq sənət nümunələrindən ibarət sərgi 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində hazırda Bakıda yaşayıb fəaliyyət göstərən iranlı sənətkar Həsən Hadızadənin fərdi sərgisi keçirilib. Olaylar.az bildirir ki, sərgidə müərrəq qədim şərq sənəti nümunələri təqdim olunub. Universitetin professor, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə çıxışçılar bu ecazkar sənətin tarixindən, təşəkkülü və Azərbaycanda olan nümunələrindən danışıblar.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində hazırda Bakıda yaşayıb fəaliyyət göstərən iranlı sənətkar Həsən Hadızadənin fərdi sərgisi keçirilib.

Olaylar.az bildirir ki, sərgidə müərrəq qədim şərq sənəti nümunələri təqdim olunub. Universitetin professor, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə çıxışçılar bu ecazkar sənətin tarixindən, təşəkkülü və Azərbaycanda olan nümunələrindən danışıblar. 20 ildir ki, bu sənətlə məşğul olan, məqsədi də onu yaymaq, gənclərə öyrətmək olan H.Hadızadə müərrəq sənətinin iş üsulu və texnikası ilə tələbələri, sərgi iştirakçılarını yaxından tanış edib.

Qeyd edək ki, qədim tarixə malik müərrəq sənəti cilalanmış, hamarlanmış taxtanın üzərində kiçik mişarla müxtəlif fiqur və naxışların kəsilməsi və ya taxta lövhə üzərindədigər taxta vasitəsilə müxtəlif rəngli kompozisiyaların qurulasından ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31