Kamil Cəlilovun 80 illiyi qeyd ediləcək
Martın 1-də Beynəlxalq Muğam Mərkəzində qocaman qoboy ifaçısı, Xalq Artisti, “Şərəf” və “Şöhrət” ordenli Kamil Cəlilovun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Tədbirdə sənətkarın ömür yolundan, Azərbaycan milli ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətində gördüyü işlərdən danışılacaq və repertuarında olan musiqilər səsləndiriləcək.
28 Fevral 2018 09:24 MədəniyyətMartın 1-də Beynəlxalq Muğam Mərkəzində qocaman qoboy ifaçısı, Xalq Artisti, "Şərəf" və "Şöhrət" ordenli Kamil Cəlilovun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
Tədbirdə sənətkarın ömür yolundan, Azərbaycan milli ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətində gördüyü işlərdən danışılacaq və repertuarında olan musiqilər səsləndiriləcək.
Uzun illər ərzində İncəsənət Gimnaziyasında müəllim kimi pedaqoji fəaliyyətlə məşğul olan Kamil Cəlilov milli ifaçılıq məktəbinin yüksək ənənələri əsasında səy və bacarığını gənc ifaçıların yetişdirilməsinə sərf edib.
Kamil Cəlilov 1989-cu ildə milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2000-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülüb. O, Prezident təqaüdçüsüdür. Kamil Cəlilov 2013-cü ildə "Şöhrət", bu yaxınlarda isə 80 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə "Şərəf" ordeninə layiq görülüb.