ABŞ səfiri Rusiya ilə münasibətlərin yaxşılaşacağına ümid edir

ABŞ-ın Moskvadakı səfiri Con Hantsman 2018-ci ildə Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlərin yaxşılaşacağına ümid edir. Məlumata görə, Kazan Tibb Universitetinin tələbələri ilə görüşündə sanksiyalara toxunan diplomat qeyd edib: "Sanksiyalar iki ölkənin münasibətlərində yaranmış problemlər nəticəsində tətbiq olundu. Biz bu problemləri tədricən həll edəcəyik. Bu mənada mən 2018-ci ilə nikbin baxıram". Səfirin sözlərinə görə, hərdən televizora baxanda elə təəssürat yaranır ki, sanki Rusiya və ABŞ-ın dalaşmaqdan başqa bir işləri qalmayıb: "Lakin sanksiyalara rəğmən, iki ölkə elm və biznes sahəsində də əməkdaşlıq edə bilər".

Xatırladaq ki, ötən gün ABŞ-ın maliyyə naziri Stiven Mnuçin 30 gün ərzində Moskvaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin görüləcəyini bildirib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31