Litvada Xocalı şəhidlərinin xatirəsi anılıb

"Xocalıya ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Litvanın Klaypeda şəhərindəki azərbaycanlıların "Azəris" cəmiyyəti soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirib. “OLAYLAR” xəbər verir ki, Klaypeda şəhərinin Milli Mədəniyyətlər Sarayında keçirilən tədbirdə şəhər administrasiyasının nümayəndələri, xarici ölkələrin fəxri konsulları, milli icmaların rəhbərləri, yerli sakinlər və soydaşlarımız iştirak ediblər.

"Xocalıya ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Litvanın Klaypeda şəhərindəki azərbaycanlıların "Azəris" cəmiyyəti soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirib. "OLAYLAR" xəbər verir ki, Klaypeda şəhərinin Milli Mədəniyyətlər Sarayında keçirilən tədbirdə şəhər administrasiyasının nümayəndələri, xarici ölkələrin fəxri konsulları, milli icmaların rəhbərləri, yerli sakinlər və soydaşlarımız iştirak ediblər.

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, "Azəris" Cəmiyyətinin sədri Əliağa Məmmədov tədbir iştirakçılarına xalqımızın XX əsrdə yaşadığı ən dəhşətli faciəsi barədə geniş məlumat verib, Xocalı soyqırımını törədənlərin hələ də cəzalandırılmadığını diqqətə çatdırıb.

Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev dünyanın bir sıra ölkələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlərin təşkil edildiyini qeyd edib, Azərbaycan xalqının kədərinə şərik olan hər kəsə təşəkkürünü bildirib.

Sonra azərbaycanlılara qarşı törədilən erməni vəhşiliklərini şahidi, litvalı hərbi jurnalist Riçardas Lapaytis çıxış edib.

Tədbirdə həmçinin, Klaypeda şəhərində fəaliyyət göstərən Azərbaycan həftəsonu məktəbinin müəlliməsi Rəna Məmmədovanın təşkilatçılığı ilə litvalı musiqiçilər Anastasiya, Natalya və Andrey Vostryakovların ifasında xatirə rekviyemi ifa olunub. Anım mərasimi Heydər Əliyev Fondunun hazırladığı sənədli filmin nümayişi ilə başa çatıb. Sonda iştirakçılara Xocalı faciəsinə aid kitab və broşürlər paylanılıb. Tədbirin iştirakçıları "Xocalı" sözünün yazıldığı xüsusi kompozisiyada 613 ədəd şam yandırıblar. Anım mərasimi yerli kütləvi informasiya vasitəslərində işıqlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31