Yerdə dördüncü maqnit fırtınası baş verdi
Fevralın 27-də Günəş diskinin mərkəzində meydana gələn çuxur Yer üzərində maqnit fırtınasına səbəb olub. Bu məlumat FIAN-ın Günəş Astronomiyası Laboratoriyasının hesabatında yer alıb. “Çərşənbə axşamı səhər saatlarından Yerin maqnit sahəsinin dalğalanmalarında nəzərəçarpacaq artım müşahidə edilir. Son 10 saat içərisində sahə pozulmasının amplitudası 10 qatdan çox artıb”, - hesabatda bildirilib.
27 Fevral 2018 16:22 SosialFevralın 27-də Günəş diskinin mərkəzində meydana gələn çuxur Yer üzərində maqnit fırtınasına səbəb olub. Bu məlumat FIAN-ın Günəş Astronomiyası Laboratoriyasının hesabatında yer alıb. "Çərşənbə axşamı səhər saatlarından Yerin maqnit sahəsinin dalğalanmalarında nəzərəçarpacaq artım müşahidə edilir. Son 10 saat içərisində sahə pozulmasının amplitudası 10 qatdan çox artıb", - hesabatda bildirilib.
Qeyd edək ki, bu, cari ildə dördüncü maqnit fırtınasıdır. Onlardan birincisi yanvarın 14-də baş vermişdi. Axar.az