Deputat: "Azərbaycan enerji təhlükəsizliyində yeganə alternativdir”
“Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeganə alternativdir”. Bunu millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, enerji resursları ilə təminatı bir istiqamətdən olunanda ölkələr müəyyən problemlərlə üzləşir: “Amma idxal marşurutları müxtəlif olanda isə artıq idxalçının seçim etmək imkanı meydana gəlir.
27 Fevral 2018 16:54 Siyasət"Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeganə alternativdir". Bunu millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, enerji resursları ilə təminatı bir istiqamətdən olunanda ölkələr müəyyən problemlərlə üzləşir: "Amma idxal marşurutları müxtəlif olanda isə artıq idxalçının seçim etmək imkanı meydana gəlir. Bu da idxalçı ölkələrə müəyyən qədər sərbəstlik verir. Azərbaycan qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin mənbəyi olacaqdır. Layihəyə çoxlu ölkələrin aparıcı şirkətləri qoşulub və icrası uğurla gedir. Düşünürəm ki, Cənub Qaz Dəhlizinin istismara verilməsi Avropa enerji bazarlarında sabitlik yaradacaq və mavi yanacaqla təmin olunmayan bölgələrin təminatında da xüsusi rol oynayacaqdır". Sia.az