Regionların sosial-iqtisadi inkişafı ölkənin iqtisadi inkişafına təkan verir

Regionların sosial iqtisadi inkişfı dövlət proqramlarının icrasında aidiyyati mərkəzi və yerli icra hakimiyyətləri orqanları üzərinə konkret vəzifələr qoyulub. Ümimilikdə ölkə iqtisadiyyatının inkişafını təmin edəcək dövlət proqramları regionların da simasının dəyişilməsilə müşahidə olunmaqdadır. Xüsusilə, bölgələrdə aqrar sahənin inkişafı nəinki ölkəmizi kənd təsərrüfatı məhsulları ilə təmin edəcək, eyni zamanda ixrac potensialının artmasına təkan verəcək.

Regionların sosial iqtisadi inkişfı dövlət proqramlarının icrasında aidiyyati mərkəzi və yerli icra hakimiyyətləri orqanları üzərinə konkret vəzifələr qoyulub. Ümimilikdə ölkə iqtisadiyyatının inkişafını təmin edəcək dövlət proqramları regionların da simasının dəyişilməsilə müşahidə olunmaqdadır. Xüsusilə, bölgələrdə aqrar sahənin inkişafı nəinki ölkəmizi kənd təsərrüfatı məhsulları ilə təmin edəcək, eyni zamanda ixrac potensialının artmasına təkan verəcək. Elə bu məqsədlə də regionlarda kənd təsərrüfatının inkişafı məqsədilə görülən işlərin əhatə dairəsi genişlənib. Nəticədə regionlarda pambıqçılıq, tütnçülük, baramaçılıq, fındıqçılıq kimi sahələrin inkişafına stimul yaranıb. Onu da qeyd edək ki, regionlarda kənd təsərrüfatı sahəsinin inkişafı paralel olaraq kiçik və orta sahibkarlığın inkişafına təkan vermiş olur. Məhz bu amili nəzərə alan İqtisadiyyat Nazirliyi sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirir. Qazax və Astarada sahibkarlar üçün reallaşdırılan treninqlər də məhz bu məqsədə xidmət edib. "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün maariflənmə imkanlarının genişləndirilməsi məqsədilə keçirilən treninqlər "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", üzümçülükdə məhsuldarlığın və səmərəliliyin artırılması yolları, çayçılıq, sitrusçuluq və çəltikçilik sahələrinin inkişaf etdirilməsi, biznes planın tərtibi, logistikanın mahiyyəti, logistik mərkəzlərin yaradılması mövzulatrını əhatə edib. Paralel olaraq nazirlik 300-dən çox sahibkarın iştirakı ilə "Kiçik sahibkarlığa dəstək" mövzusunda konfrans və kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçirib. Konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət kursuna uyğun olaraq, qeyri-neft sektorunun və sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, bu tədbirlərin iqtisadiyyatın şaxələndirilməsi və rəqabətqabiliyyətliliyinin artırılmasında, məşğulluğun təmin edilməsində rolunu vurğulayıb. Nazir müavini 29 yanvar 2018-ci il tarixində keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda Azərbaycan Respublikası Prezidentinin iri şirkətlərin sosial məsuliyyəti, eyni zamanda, kiçik biznesə, ailə biznesinə dəstəyin göstərilməsi ilə bağlı tapşırığını vurğulayaraq, bu günkü tədbirin də məhz bu məqsədlə təşkil edildiyini diqqətə çatdırıb, bu istiqamətdə İqtisadiyyat Nazirliyi tərəfindən davamlı işlərin aparıldığını bildirib. Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli sosial müdafiə sisteminin gücləndirilməsinin Azərbaycanda aparılan sosial siyasətin tərkib hissəsi olduğunu və əhalinin sosial cəhətdən həssas qruplarına dövlət qayğısının artırılması, onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb, özünüməşğulluq proqramı çərçivəsində qurulan ailə təsərrüfatlarının ölkədə kiçik biznesin genişlənməsinə yeni imkanlar yaratdığını qeyd edib. Özəl bölmənin inkişafı üçün ölkəmizdə əlverişli işgüzar mühitin yaradıldığnı vurğulayan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev sahibkarlığın inkişafı istiqamətində görülən işlər, dövlət dəstəyi tədbirləri barədə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki "ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev "ABAD" tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə biznesinə dəstək layihələrinin həyata keçirildiyini qeyd edərək, kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində İqtisadiyyat Nazirliyi ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib. Tədbirdə iri şirkətlərin nümayəndələrinin kiçik biznes layihələrinə dəstəyi istiqamətində çıxışları dinlənilib, "ABAD" layihəsi, özünüməşğulluq proqramı, habelə kiçik sahibkarların təklif etdiyi iş və xidmətlərə dair təqdimatlar keçirilib. Sahibkarlar belə tədbirlərin sahibkarlıq fəaliyyətinin genişlənməsində əhəmiyyətini vurğulayaraq, özəl bölmənin inkişafı üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Sonra tədbir iştirakçıları kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin nümayiş olunduğu sərgi-satış yarmarkası ilə tanış olublar.
Etraf edilməlidir ki, son illər ölkəmizdə kənd təsərrüfatının inkişafında dönüş mərhələsi olub, aqrar sektorun yeni siması formalaşıb. Bütövlükdə kənd təsərrüfatı məhsulu istehsalının yalnız artımı ilə deyil, onun bütün sahələri üzrə inkişaf təmin edilib, idxal artıb, ümumi daxili məhsul istehsalında aqrar məhsulların xüsusi çəkisi yüksəlib. Bu illər ərzində kənd təsərrüfatı sahəsinin maddi-texniki baza yenilənib, texniki təminat güclənib, bacarıqların artırılması, insan resurslarından səmərəli istifadə sahəsində təqdirəlayiq işlər görülüb. Təsadüfi deyil ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev ölkədə aqrar sektorun inkişafına böyük önəm verir. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, regionlarda aqrar sahənin inkişafını təmin etmək məqsədilə maddi-texniki bazanın yaradılması əsas vəzifələrdəndir. Elə bu məqsədlə də keçən il ölkəyə 10 mindən çox texnika gətirilib. Aqrar sahənin texniki təminatının yüksəldilməsi üçün müvafiq tədbirlər görülüb və bu il də kifayət qədər vəsait ayrılıb. Kənd təsərrüfatı naziri Heydər Əsədov qeyd edib ki, tələb olunan texnikalar vaxtında gətirilməli və kənd təsərrüfatı sahələrinin heç biri texniki təminat baxımından çətinlik çəkməməlidir. İlk növbədə, pambıqçılığın inkişafı ilə əlaqədar olaraq kombaynların gətirilməsi qarşıya əsas hədəf kimi qoyulub. Bundan başqa, 120 ədəd "Nyu Holland", 50 ədəd "SAMPO" və 25 ədəd "Klass" markalı taxılyığan kombaynlarının gətirilməsi ilə bağlı müqavilələr bağlanılıb. Aprel ayından etibarən yeni texnikaların gətirilməsinə başlanılacaq. 2016-cı ildə ölkəyə 1,6 milyon, keçən il isə təxminən 1,2 milyon ton taxılın idxalın olunduğunu deyən Heydər Əsədov bildirib ki, taxıl idxalı üçün təxminən 227 milyon vəsait xərclənir: "Bu, böyük rəqəmdir. Araşdırmalar göstərir ki, idxal olunan taxılın təxminən 37 faizi 1-3-cü sinif taxıllardır. Lakin digər növ taxıllar texniki təyinatlı taxıldır. Bunu özümüz də asanlıqla istehsal edə bilərik. Bu işin təşkili, texniki təminatın üçün müəyyən işlər görülüb. Lakin texnikaların gətirilib yerlərə paylanması işin cüzi bir hissəsidir. "Aqrolizinq"in rəhbərliyindən və onun yerli qurumlarından tələb olunur ki, texnikaların, o cümlədən taxıl kombaynlarının düzgün mədaxili məsələsinə xüsusi diqqət yetirsinlər. Maşın sınaq stansiyaları bu işə cəlb olunmalı, hər bir maşın sınaqdan keçirilməli, diqqətlə yoxlanılmalı, aidiyyətə yerlərə göndərilməlidir. Mövcud texnikalar təmir olunmalıdır ki, taxıl biçini başlanarkən ən kiçik problemlə belə qarşılaşmayaq. Texnikanın idarə edilməsində sürücülər müəyyən çətinliklər çəkirlər. Bu maşınlar kimlərə verilibsə, yaxud veriləcəksə, indidən treninqlər, kurslar təşkil olunmalıdır ki, problem olmasın". Nazirlikdən o da bildirilib ki, ki, pambıqyığan kombaynların alınması üçün də müqavilə bağlanıb və 100 ədəd kombayn gətiriləcək. Keçən il pambıq yığımına çatmayan 69 kombayn da ölkəyə gətirilib. Əkinə gəldikdə isə, bu il təxminən 140 min hektarda pambıq əkini planlaşdırılır. Gəncə Avtomobil Zavodu ilə də əməkdaşlıq həyata keçirilir. Artıq 1000-dən çox traktorun alınması ilə bağlı zavodla müqavilə bağlanıb. Həmin traktorlar üçün 2000-dən çox texnika, o cümlədən 700 ədəd qoşqunun sifariş verilməsi isə on gün ərzində təmin olunmalıdır. Beləliklə, pambıq istehsalının təşkili üçün mütəşəkkil iş başlanmalıdır. Yeri gəlmişkən qeyd edək ki, ölkədə ənənəvi bitkiçilik sahələrdən biri də çəltikçilik hesab olunur. Ona görə də dövlət başçısı tərəfindən çəltikçiliyin inkişaf etdirilməsilə bağlı sərəncam imzalanıb. Məlumat üçün qeyd edək ki, hazırda bu sahənin inkişafına ciddi diqqət yetirilir. Regionlarda çəltikçiliyin inkişafı gəlr gətirməklə yanaşı, məşğulluq probleminin həllində də əhəmiyyətli rol oynayır. Onu da qeyd edək ki, təkcə 2017-ci ildə düyünün alınmasına 36 milyon dollar vəsait xərclənib. Hansı ki, çəltikçilik Azərbaycanda ənənəvi sahələrdən olub. Ölkədə düyüyə olan tələbat 40 min tondur və Dövlət Proqramına əsasən bu həcmdə istehsal 2025-ci ilədək təmin ediləcək. Qətiyyətlə demək olar ki, ölkədə kənd təsərrüfatının inkişafı regionların sosial-iqtisadi inkişafın təmin edilməsində başlıca amil hesab olunur. Elə bu səbədən ölkədə heyvandarlığın və taxılçılığın inkişafı ilə bağlı Dövlət Proqramının hazırlanması nəzərdə tutulur. Artıq bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinə tapşırıqlar verilib. Sözssüz ki, sözgedən sahələrin inkişafı regionların iqtisadi və ixrac potensialının artmasına təkan verəcək.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31