İşçiyə ödənilən rəsmi əmək haqları gələcək üçün sabit sosial təminatın təməlidir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib. Ötən müddətdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası tərəfindən bu sahədə əmək münasibətlərinin tənzimlənməsi, işəgötürən-işçi əməkdaşlığının  rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və s. sahələrdə mühüm tədbirlər həyata keçirilib..

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı" təsdiq edilib. Ötən müddətdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası tərəfindən bu sahədə əmək münasibətlərinin tənzimlənməsi, işəgötürən-işçi əməkdaşlığının  rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və s. sahələrdə mühüm tədbirlər həyata keçirilib..

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının Katibliyindən verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində cari ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri və Şamaxı rayonunda 4 müəssisədə ("Grand Hospital, Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazası, Zəkiyev Saleh Mirabas oğluna məxsus mağaza, "İmplant Art" Dental Klinika") qeyri-rəsmi məşğulluqla mübarizəyə dair yoxlamalar aparılmış və bir sıra qanun pozuntuları aşkar edilib. Həmin dörd müəssisə ümumilikdə doxsan doqquz min manat məbləğində cərimə olunub.

Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri və Şamaxı rayonunda adıçəkilən müəssisələrdə aparılan vergi nəzarəti tədbirləri zamanı 99 nəfərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən muzdla işə cəlb olunduğu aşkar olunub ki, bunlardan 93 nəfəri Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin,o cümlədən 90 nəfəri "Grand Hospital" tibb müəssisəsinin, 3 nəfər digər müəssisələrin, 6 nəfər isə Şamaxı rayonunda fəaliyyət göstərən Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazasının payına düşür.

Bildirilir ki, yoxlama aparılan 4 müəssisədə əmək müqaviləsi ilə işləyənlərin sayı 106 nəfər olub, o cümlədən əmək müqaviləsi olmadan işləyən 99 nəfərdən 31 nəfərinin əmək müqaviləsinin bağlanması rəsmiləşdirilərək Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə (ƏMBEİS) daxil edilib. Əmək müqaviləsi bağlamadan işləməsi aşkarlanan 99 nəfərdən 92 işçinin əsas iqtisadi fəaliyyət növü əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi, 7 nəfər isə xidmət (mağazalarda satış) sahəsinə daxil olduğu aşkar edilmişdir. Vətəndaşlarımızın sağlam və normal yaşayış tərzinin təmin edilməsində mühüm rol oynayan və səhiyyə sahəsində fəaliyyət göstərən bəzi özəl klinika və xəstəxanalarda belə halların baş verməsi yolverilməzdir.

Eyni zamanda, cari ilin yanvar ayı ərzində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən də Bakı şəhəri üzrə ümumilikdə 10 tikinti obyekti olmaqla ("MVVL Verus Praedium" Mənzil Tikinti Kooperativi, "Babək-94" Müstəqil Kiçik Müəssisəsi, "TTF-A" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Laura" Firması, "Kaspian Park" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Evian Konstruksiya" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Piramida-F.R." Məhdud Məsuliyyətli Cəmiyyəti, " Gözəl Bakı" Mənzil-Tikinti Kooperativi, Xəlilov Azər Rəfail oğluna məxsus sair fərqi xidmətlərin göstərilməsi) 6 səyyar monitorinq həyata keçirilib. Tikinti obyektlərində keçirilmiş monitorinqlər zamanı 70 nəfər əmək müqaviləsi olmadan çalışan işçi aşkar edilib. Yoxlama tədbirlərindən öncə həmin müəssisələrdə qüvvədə olan əmək müqavilələrinin sayı 791 olduğu halda, yoxlamadan sonra isə əmək müqavilələrinin sayı artaraq 975 olub. Hesabat dövründə ölkə üzrə rəsmiləşdirilən əmək müqavilələrinin sayı 64.140 ədəd, xitam verilən müqavilələrin sayı 50.475 ədəd olub, bağlanan əmək müqavilələrinin sayında artımı ümumilikdə 13.665 ədəd təşkil edib.

Məlum olduğu kimi, əmək haqlarının leqallaşdırılması ilk növbədə vətəndaşların sosial maraqlarının təmin olunmasına yönəldilib və vətəndaşlar işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-rəsmi əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Əmək haqqını qeyri-rəsmi alan işçilər ödənişli məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi ilə rastlaşır, güzəştli ipoteka və digər kreditləri almaq hüququndan və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalnız rəsmi əmək haqqı ödəməyi tələb etməklə hər bir vətəndaş özünün firavan gələcəyini indidən düşünmüş olacaq. Çünki işçiyə ödənilən rəsmi əmək haqları - gələcək üçün sabit sosial təminatın təməlidir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31