Şok kadrlar: 2 yaşlı Fatimə atasının dükanından oğurlandı - VİDEO

2 yaşlı Şirin Fatimə atasının dükanında oynayırdı. O, qapıdan küçəyə çıxıb və ehtiyatla səkiyə düşüb. Bu zaman səkidən keçən şəxs onu qucağına götürərək aparıb. Olay Hindistanın Mumbay şəhərində yaşanıb. Fatimənin dükanda olmadığını görən atası küçəyə çıxıb və qızını çağırıb. Balaca Şirin Fatimənin yoxa çıxdığını görən ata dərhal polisə zəng vurub. Polis hadisə yerinə gələrək dükanın giriş qapısının üzərindəki videomüşahidə kamerasındakı görüntüləri araşdırıb. Axtarışlar başlanıb və 6 saat sonra cinayətkar tutulub. 2 yaşlı Şirin Fatiməni oğurlayan şəxs 28 yaşlı Sandip Parab idi. Cinayətin motivləri barədə rəsmi açıqlama verilməyib. Milli.az Hindustan Times-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31