Yunanıstanda gəmilərin hərəkəti durdu, kanal bağlandı
Yunanıstanda Korinfski kanalı bağlanıb. Məlumata görə, kanalın son günlər Yunanıstanda yağan aramsız leysan yağışlardan sonra yaranmış torpaq sürüşməsi səbəbindən bağlandığı bildirilir.
27 Fevral 2018 15:51 DünyaYunanıstanda Korinfski kanalı bağlanıb. Məlumata görə, kanalın son günlər Yunanıstanda yağan aramsız leysan yağışlardan sonra yaranmış torpaq sürüşməsi səbəbindən bağlandığı bildirilir. Məlumatda deyilir ki, kanalın ətəklərində güclü sürüşmə baş verdiyindən kanalla hərəkət təhlükəli olub, bu səbəbdən gəmilərin hərəkəti dayandırılıb. Hazırda sürüşmədən sonra kanalın işinin bərpası üzrə işlər aparılır. Mütəxəssislər bərpa işlərinin təxminən 15 gün vaxt alacağı barədə proqnoz veriblər.
Qeyd edək ki, kanal 1880-1893-cü illərdə tikilib. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31