Baqali Dabo "100-lüy"ün bir addımlığında

Avropa ölkələrinin milli çempionatlarının yüksək liqalarında ən çox qol vuranların siyahısı açıqlanıb. Siyahıda 250 futbolçu yer alıb. Üçhakimiyyətliliyin hökm sürdüyü cədvəlin zirvəsində braziliyalı Conasla ("Benfika"), estoniyalılar Rauno Sappinen ("Flora") və Albert Prosa ("Tallinn") qərarlaşıb.

Azərbaycan Premyer Liqasının ən yaxşı bombardiri Baqali Dabonu ilk "100-lük"dən bir qol ayırır. Hazırda 11 qolla 105-120-ci yerləri bölüşən 16 oyunçudan biri olan "Qəbələ"nin forvardinın şərikləri arasında Edin Dzeko, Antuan Qrizmann, Eden Azar kimi ulduzlar da var. Dabo hesabını 1 top artırsa, "100-lüy"ə daxil olacaq və 91-104-cü yerlərə şərik çıxacaq.

"Qarabağ"ın gənc hücumçusu Mahir Mədətov da "250-lik"də yer alıb. Hesabında 8 qol olan futbolçu 203-220-ci yerləri bölüşür. Onun şərikləri sırasında Riyad Mahrez, Arits Aduris, Aleksis Sançes, Karlos Bakka kimi ulduzlar var. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31