Türkiyədə Xocalı soyqırımına həsr olunmuş tədbirlər davam edir

Milli Məclisin deputatı Sona Əliyeva Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdədir. MM-dən “Olaylar”a verilən məlumata görə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının dəvəti ilə baş tutan səfər çərçivəsində Kocaeli bölgəsində yeni salınmış Azərbaycan parkının açılışı, soyqırım qurbanlarının anım mərasimi keçiriləcək, Xocalı faciəsini əks etdirən rəsm sərgisi təşkil olunacaq.

Milli Məclisin deputatı Sona Əliyeva Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdədir. MM-dən "Olaylar"a verilən məlumata görə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının dəvəti ilə baş tutan səfər çərçivəsində Kocaeli bölgəsində yeni salınmış Azərbaycan parkının açılışı, soyqırım qurbanlarının anım mərasimi keçiriləcək, Xocalı faciəsini əks etdirən rəsm sərgisi təşkil olunacaq. Eyni zamanda, Sakaryada şəhidlərə həsr olunmuş abidənin və Qarabağ adlı küçənin, İzmirdə ucaldılmış Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin büstünün, Şəhidlər abidəsinin və parkın açılışı olacaq. Səfər martın 1-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31