Ermənilər yeni təxribat planı hazırlayıblar

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra həyata keçirilən düşünülmüş xarici siyasət nəticəsində çoxlu sayda uğurların qazanılmasına nail olunub. Ölkəmizin əldə etdiyi nailiyyətlər onun beynəlxalq aləmdəki nüfuzunu daha da artırıb, dünyanın qüdrətli dövlətləri səviyyəsinə yüksəldib.

Bu işdə milli satqınlardan yararlanmağa çalışırlar

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra həyata keçirilən düşünülmüş xarici siyasət nəticəsində çoxlu sayda uğurların qazanılmasına nail olunub. Ölkəmizin əldə etdiyi nailiyyətlər onun beynəlxalq aləmdəki nüfuzunu daha da artırıb, dünyanın qüdrətli dövlətləri səviyyəsinə yüksəldib. Xarici siyasət sahəsində əldə olunan uğurlar Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını təmin edib. Bu gün ölkəmiz bir sıra nüfuzlu beynəlxalq təşkilatın fəal üzvüdür. Azərbaycanla daha da sıx münasibətlər qurmaq istəyən ölkələrin sayı ildən-ilə artmaqdadır. Ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən məntiqli xarici siyasət dövlətimizi beynəlxalq aləmdə söz sahibinə çevirib. Məlum olduğu kimi uğurlu xarici siyasət hər bir dövlətin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllinə yol açır. Dövlətçiliyin, müstəqilliyin qorunması, milli təhlükəsizliyin təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. Bugünkü qüdrətli Azərbaycan Respublikasının milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən xarici siyasət strategiyasının əsas istiqamətləri bəllidir və həmin siyasət uğurla həyata keçirilir. Məhz bu siyasətin nəticəsidir ki, hazırda dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək mümkün olub. Bu gün Azərbaycan müstəqil dövlət olaraq artıq nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib. Sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rol oynayan nüfuzlu beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq buna əyani misal ola bilər. Azərbaycan balanslı diplomatiya ilə dünyanın fovqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdıraraq, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilib. Respublikamız Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum yararlanmış, diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirmişdir. Məhz uğurlu xarici siyasətin nəticəsidir ki, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində aparılan təbliğat kampaniyası yüz minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırmaq mümkün olub. Aparılan məqsədyönlü və ardıcıl tədbirləri nəticəsində son illər Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan İslam Respublikası, Bosniya və Herseqovina, Rumıniya, Çexiya və İordaniyanın parlamentləri Xocalı soyqırımını tanıyıb. ABŞ-ın Virciniya, Kaliforniya, Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi və digər ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunub. Həmçinin Avropa Parlamentində yeni yaradılmış "Azərbaycanın Dostları Klubu"nun üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Bəyanat qəbul edilib. Bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici Əlaqələr Komitəsinin üzvü və "Azərbaycanın Dostları Klubu"nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bu bəyanat Xocalı qətliamı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir. Bəyanatda Azərbaycan xalqının 1992-ci il 25 fevraldan 26 fevrala keçən gecə Xocalıda törədilmiş amansız cinayətlə üzləşməsi, nəticədə 613 mülki şəxsin, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın həyatını itirməsi, yüzlərlə insanın ağır yaralanması və 1275 nəfərin əsir götürülməsi faktı öz əksini tapmışdır. Sənəddə AP üzvləri Xocalı qətliamı nəticəsində həyatını itirənlərin yaxınlarına baş sağlığı dilədiklərini, ailələrinin dərdlərinə şərik olduqlarını bildirir və Xocalı faciəsi kimi insanlıq əleyhinə yönəlmiş cinayətlərin bir daha baş verməməsi üçün Xocalı qətliamının xatırlanmalı olduğunu vurğulayırlar.
Millət vəkili Elman Nəsirov bildirib ki, Azərbaycanın xaricin siyasətdəki uğurları davam etməkdədir. Belə ki, fevral ayının 9-da Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının toplantısından sonra Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Komissarı xanım Federika Mogerini qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə dəstəklyir: "Əvvəllər dəstəkləyir, müdafiə edir kimi fikirləri eşitmişdik, amma bu dəfə tam şəkildə dəstəkləmək fikri bizim üçün olduqca əhəmiyyətlidir. Belə halları görən erməni lobbisi və diasporu əl-ayağa düşblər və fevralın 28-də Avropa Parlamentində separatçı hərəkatların 30 illiyi və Sumqayıt təxribatı ilə bağlı tədbir keçirmək və yenə də öz yalanlarını dünyaya yaymaq istəyirlər. Bizi isə ən çox narahat edəm məqam ondan ibarətdir ki, ermənilərin belə bir tədbir keçirmək istədiyi vaxtda Avropanın bəzi ölkəlrində olan "sapı özümüzdən olan baltalar" da erməniləri tam şəkildə dəstəkləyirlər. Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı həqiqəti təhrif edən məlumatlar yayırlar, indidən bu seçkilərə kölgə salmaq istəyirlər. Təəssüf hissi doğurur ki, öz millətimizin bəzi nümayəndləri belə bir fəaliyyətdə bulunurlar". Millət vəkili bildirib ki, Avropada bizim çox qeyrətli vətənsevər, milli və dövlət maraqlarımızı müdafiə edən soydaşlarımız yaşayır: "Amma mütləq azlıqda olan, cılız hisslərlə çıxış edən, ermənipərəst qüvvələrin əlində alət olan kəsimlər ermənilərlə birləşərək dövlətimiz əlehinə fəaliyyət göstərmək istəyirlər. Bir müddət öncə ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın vitse-prezident kimi fəaliyyətinin bir ili tamam oldu. Xatırlayıram ki, o, təyinatından altı gün sonra Rusiyanın "Rossiya-24" kanalına müsahibəsində çox maraqlı bir fikir söyləmişdi ki, hakimiyyətə müxalifətdə olmaq olar, hakimiyyəti tənqid etmək olar, hakimiyyətin mövqeyi ilə razılaşmamaq olar, amma ən dəhşətlisi odur ki, öz dövlətçiliyinə və xalqına müxalifətdə olasan. Doğrudan da bu qəbuledilməzdir və heç bir məntiqə sığışmır. Çox təəssüf hissi ilə qeyd edilməlidir ki, hazırda dövlətinə və millətinə müxalifətdə olan kəsimlər ermənilərlə birləşərək Azərbaycana qarşı mübarizə aparırlar".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31