Rafiq Quliyevin doğum günüdür

27 fevral kinooperator, rejissor, ssenarist, prodüser və montaj rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Rafiq Quliyevin doğum günüdür. Rafiq Quliyev  1975-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışmağa başlayır. 1981-ci ildəAzərbaycan Dövlət İncəsənət İnstitutunu, 1987-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun "Kinooperatorluq" fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Rafiq Quliyev 1991-ci ildən bədii filmlərin ali dərəcəli quruluşçu operatorudur. Kinostudiyada çalışmaqla yanaşı 1999-2001-ci illərdə Türkiyənin STV kanalının Azərbaycan təmsilçiliyində televiziya rəhbəri vəzifəsində çalışıb və Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdıran "Xəzərdən dünyaya" verilişinin Asiya və Avropa ölkələrinə yayımını təşkil edib.

2001-ci ildə "Lider" televiziyasında "Azərbaycan" redaksiyasını yaradıb və 2001-2004-cü illər ərzində müxtəlif səpkili 237 televiziya filminin ərsəyə gəlməsinə rəhbərlik edib.

1997-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino rejissoru və operator sənəti" kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. 2005-ci ildən həmin kafedranın dosentidir. 2008-ci ildə "Azərbaycan səssiz kinosunun təsvir irsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək,Sənətşünaslıq namizədidir. Onlarla elmi məqalənin, tədris proqramı və metodik göstərişin, dərs vəsaiti və dərsliyin müəllifi olan Rafiq Quliyev  2005-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

2013-cü ildə Serbiyanın Zlatibor şəhərində "Zlatibor-2013" idman filmləri üzrə ikinci beynəlxalq film festivalında Rafiq Quliyevin "Çövkən" filmi idmanda Azərbaycanın milli adət-ənənələrinin uğurla tamaşaçılara çatdırılmasına görə festivalın birinci mükafatına layiq görülüb.

Qeyd edək ki, Rafiq Quliyev bir çox bədii filmin quruluşçu operatoru olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31