Məşhur romanını yazanda 300 qələm sərf etmişdi...

Amerika yazıçısı, XX əsr Amerika ədəbiyyatının ən məşhur və sevilən yazıçılarından biri olan, "Həyəcanlarımızın qışı"  və "Çarli ilə səyahət"  adlı əsərlərinə görə ədəbiyyat üzrə  Nobel mükafatına layiq görülmü. Con Steynbek fevralın 27 – də anadan olub. XX əsr Amerika ədəbi mühitin əsas mövzusu olan  "Amerika həyat tərzi" və "Orta amerikalı" konsepsiyaları Con Steynbekin əsərlərinin əsas xəttdir. Siyasət, bank – pul, kəndli-fermer münasibətləri, miqrasiya, etnik diversiyaçılıqdan yaranan sosial problemlər onun əsərlərində öz bədii həllini tapıb.

Amerika yazıçısı, XX əsr Amerika ədəbiyyatının ən məşhur və sevilən yazıçılarından biri olan, "Həyəcanlarımızın qışı"  və "Çarli ilə səyahət"  adlı əsərlərinə görə ədəbiyyat üzrə  Nobel mükafatına layiq görülmü. Con Steynbek fevralın 27 - də anadan olub.

XX əsr Amerika ədəbi mühitin əsas mövzusu olan  "Amerika həyat tərzi" və "Orta amerikalı" konsepsiyaları Con Steynbekin əsərlərinin əsas xəttdir. Siyasət, bank - pul, kəndli-fermer münasibətləri, miqrasiya, etnik diversiyaçılıqdan yaranan sosial problemlər onun əsərlərində öz bədii həllini tapıb.

On altı roman, altı povest və bir sıra hekayələr toplusu daxil olmaqla ümumilikdə yazıçı iyirmi beş kitabın müəllifidir. "Siçanlar və insanlar haqqında" və "Qəzəb salxımı" əsərləri Pulitzer mükafatına layiq görülüb.

Con Steynbekin  "Konserv sırası", "Mirvari" və "Cənnətdən Şərqə doğru" daxil olmaqla on yeddi əsəri əsasında Hollivud filmləri çəkilib. Və bununla da o Hollivud yazıçısı kimi də şöhrət qazanıb. "1944-cü ilin ən yaxşı əsəri" nominasiyasında Con Steynbek Akademik mükafata layiq görülüb.

Məşhur yazıçının qələm həvəskarı olduğu bildirilir. Yazı yazanda yanına mütləq 24 qələm qoyan yazıçı məşhur "Blackwing" qələmlərini sevirmiş. "Mongol 480" də onun sevimlilərindən olub. Deyilənə görə, Steynbek "Cənnətin şərqi" romanını yazanda 300, "Qəzəb salğımları"nı yazanda 60 qələm bitirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31