“Gəlib onun əlindən öpüb, baş əysin” – Elzadan ismarış - VİDEO
ARB Ulduz-un “Virtual Həyat” proqramının növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub. Müğənni onu təkrarlamağa çalışanlara ismarış göndərib: “Artıq məni təkrarlamağa başlayıblar. Nə qədər təkrarlasalar da, o insanlar necə gəliblərsə, elə də yadda qalıblar. Mən bundan sonra nə qədər dəyişsəm də, Elza necə gəlib elə yaddadır. Sizin özündənrazı, “kübar”, “xanım” tərzləriniz boş şeydir. Biz necə gəlmişiksə, elə qəbul olunmuşuq.
27 Fevral 2018 15:28 MədəniyyətARB Ulduz-un "Virtual Həyat" proqramının növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub. Müğənni onu təkrarlamağa çalışanlara ismarış göndərib: "Artıq məni təkrarlamağa başlayıblar. Nə qədər təkrarlasalar da, o insanlar necə gəliblərsə, elə də yadda qalıblar. Mən bundan sonra nə qədər dəyişsəm də, Elza necə gəlib elə yaddadır. Sizin özündənrazı, "kübar", "xanım" tərzləriniz boş şeydir. Biz necə gəlmişiksə, elə qəbul olunmuşuq.
Bəzən insanlar özlərini necə hörmətdə saxlayırlar, deyim. Tanınmış insanlarla şəkil çəkdirirlər, paylaşırlar. Çalışırlar ki, hamıynan şəkil çəkdirib paylaşsınlar. Yəni demək istəyirlər ki, mən bu tədbirdə oldum, artıq bu təbəqədəyəm. Xeyr, elə deyil. Siz necə varsız, necə gəlmisiz, elə də yadda qalmısız".
Əməkdar artist şou-biznesdə qorxu ilə yaranan hörmətdənsə, sevgi ilə yaranan hörməti üstün tutmağı diqqətə çatdırdı.
"Heç kəsə arzulamıram ki, sağlığında hamı gəlib onun əlindən öpsün, baş əysin. Ancaq öldükdən sonra heç kim yad etməsin. Sağlığında ona yaltaqlanan insanlar onun məzarı üstündə olmasınlar".