Gündəm
Dövlət Gömrük Komitəsi təkzib edir
Ötən gün bəzi kütləvi informasiya vasitələrində Moldova Respublikasının prokurorluq və sərhəd polisi rəsmilərinə istinadən Əfqanıstandan Avropaya narkotiklərin daşınması barədə məlumatlar yayımlanıb.
Aydın Əliyev Xaçmazda qəbul keçirib
Fevralın 27-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Xaçmaz şəhərində vətəndaşları qəbul edib. Komitədən “Olaylar”a verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının sakinlərinin müraciətləri dinlənilib.
Səfir: "Xocalıda insanlar azərbaycanlı olduqlarına görə öldürülüb"
Moskvada Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə “Vestnik Kavkaza”ya istinadən xəbər verir. Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) tərəfindən təşkil olunan tədbirdə tanınmış ictimai-siyasi xadimlər, Moskvada diplomatik nümayəndəliklər tərəfindən akkreditə olunmuş nümayəndələr, Azərbaycan diasporunun nümayəndələri iştirak edib.
Bu gün meyxanaçı Zarinanın toyudur - FOTOLAR
Rusiyada yaşayan azərbaycanlı meyxanaçı Zarina Tağıyeva ailə həyatı qurur. Bu barədə xanım meyxanaçı öz şəxsi İnstagram hesabında məlumat verib. O, gəlinlik donunda fotosunu izləyiciləri ilə bölüşüb.
Nazir: “Ermənistan azərbaycanlı qaçqın və məcburi köçkünlərin əsas insan hüquqlarını pozmaqda davam edir”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında çıxış edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir çıxışında qeyd edib ki, Ermənistanın silahlı təcavüzünün nəticəsi olaraq Azərbaycan ərazisinin 20 faizi 25 ildən çoxdur ki işğal altındadır.
Talibandan ABŞ-a sülh təklifi: Savaşdan imtina edək
Əfqanıstandakı böhranın sülh yolu ilə həlli Talibanla birbaşa müzakirələrdən keçir. Bu barədə bəyanatı Taliban yayıb. “İşğalın sona çatması üçün Əfqanıstan böhranının sülh yolu ilə həllini istəyirik. Amerika və müttəfiqləri Əfqanıstan böhranını hərbi yolla həllinin olmadığını anlamalıdır. Son 17 ildə dəfələrlə sınaqdan keçirilən hərbi strategiyalar yalnız savaşı qızışdırmağa və uzatmağa yardım edib. Bunu davam etdirmək heç kimin marağına xidmət etmir”, – deyə bəyanatda bildirilib.
Ödəməyə borclu olduğumuz BORC- Ömrümün Qarabağ səhifəsi layihəsindən
Əməkdar jurnalist, Qarabağ Müharibəsi veteranı Əntiqə Qonaq Qarabağ savaşında hərbi jurnalist kimi bütün cəbhə bölgələrinə dəfələrlə səfərlər etmiş və qaynar döyüş səhnələrinin şahidi olmuşdur. Döyüşlərdə iştirak edən zabit və əsgərlərlə canlı ünsiyyətdə olmuş və torpaqlarımızın müdafiəsində duran igid oğullarımızdan müsahibələr almış, onların istək və problemləri ilə maraqlanmış və bu səpkidə yazdığı müxtəlif janrlı yazıları ilə dövri mətbuatda mütəmadi çıxışlar etmişdir. Müharibə mövzusunda yazdığı iki kitabın müəllifidir: “Ölməzlik” və “Vətən, səndən keçmək olmaz!”
“Oyuq”çulardan xeyriyyə konserti
28 fevral saat 16:00-da A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xeyriyyə konsert –tamaşa olacaq. Olaylar.az bildirir ki, konsertdə teatrin aktyorlari, Oyuq teatr-studiyasinin istedadli yetirmələri və tanınmış müğənnilər bir araya gələcəklər.
Məzardan tapılan məktub DƏHŞƏTƏ GƏTİRDİ
Qahirənin şərqindəki Minya şəhəri yaxınlığında kəşf edilən məzarlığın miladdan öncə 300-cü illərə aid olduğu təxmin edilir. Məzarlıqdan "o dünya"dan mesaj gətirən bir boyunbağı tapılıb. Hələ yeni başlanılan qazıntı işlərinin təxminən 5 il çəkəcəyi deyilir.
Rahidənin bədən quruluşu kişi aparıcını HEYRƏTLƏNDİRDİ - Elə bil ilan boğazından çıxıb
Uzun illər efirlərdən uzaq düşdükdən sonra yeni görkəmi ilə tamaşaçıların önünə çıxan Rahidə Baxışova bu gün "Səhər-Səhər" verilişinin qonağı olub.
Qarabağda bu tarixdə MÜHARİBƏ BAŞLAYACAQ
“Ermənistan və Azərbaycan arasında silahlı konfliktin yenilənməsi təhlükəsi artır”. Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç "Jamanak” qəzetinin müxbirinə açıqlamasında deyib.
Azərbaycanın yeraltı və yerüstü sərvətləri vəhşicəsinə talan edilir
Azərbaycan XX əsrin əvvəllərindən bu günə qədər keçən tarixi dövr ərzində bir çox müsibətlər, soyqırım və terrorlar, kütləvi qətllərlə üzləşib. Çox təəssüflər olsun ki, sivil dünyanın gözü qarşısında da azərbaycanlılara qarşı müasir dövrümüzdə soyqırımı həyata keçirilib. Tam 26 il əvvəl Xocalıda həyata keçirilən soyqırımı bunun bariz nümunəsidir. Araşdırmaçı ekspert, Nazirlər Kabineti Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun aparıcı mütəxəssisi Rövşən Məmmədov isə qeyd edir ki, hələ XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğal edilməsindən və ermənilərin zaman-zaman Şimali Azərbaycan ərazilərinə köçürülməsindən sonra azərbaycanlıların deportasiyası və soyqırımı faciələri başlayıb.
ABŞ buna nə deyəcək? - Vaşinqtonun TEZİSİ ÇÖKDÜ- ŞOK FOTOLAR
Afində Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə ağır zərbələr alan YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı –red.) Hasekedə güclənməyə çalışır.
İsrail Suriyadan İrana keçə biləcəkmi?
İsrailin baş naziri Benjamin Netanyahunun Münhendəki təhlükəsizlik konfransında İranla bağlı təqdimatından sonra iki ölkə arasında söz savaşı yeni mərhələyə qədəm qoyub. Sözügedən ölkələrin bir-birini günahlandırmağa köklənən dialoqu sözün həqiqi mənasında sürət kəsb edib. Netanyahu əvvəlki təqdimatlarından daha irəli gedərək bu dəfə tribunaya daha ciddi əyani vasitə-İsrail tərəfindən vurulmuş və guya İranda istehsal olunduğu sübut edilən pilotsuz təyyarənin bir hissəsini nümayiş etdirməsi aranı əməlli- başlı qarışdırıb.
Aqrar sektorun inkişafına nə mane olur?
Ölkədə kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi diqqət yetirilir. Bu səbəbdən də aqrar sahənin inkişafını təmin edəcək qanunvericililk bazasının yaradılması istiqamətində ciddi iş aparılır.














