İsrail Suriyadan İrana keçə biləcəkmi?

İsrailin baş naziri Benjamin Netanyahunun Münhendəki təhlükəsizlik konfransında İranla bağlı təqdimatından sonra iki ölkə arasında söz savaşı yeni mərhələyə qədəm qoyub. Sözügedən ölkələrin bir-birini günahlandırmağa köklənən dialoqu sözün həqiqi mənasında sürət kəsb edib. Netanyahu əvvəlki təqdimatlarından daha irəli gedərək bu dəfə tribunaya daha ciddi əyani vasitə-İsrail tərəfindən vurulmuş və guya İranda istehsal olunduğu sübut edilən pilotsuz təyyarənin bir hissəsini nümayiş etdirməsi aranı əməlli- başlı qarışdırıb.

Politoloq: "İran ambisiyalarını həyata keçirməkdə davam edəcək"

İsrailin baş naziri Benjamin Netanyahunun Münhendəki təhlükəsizlik konfransında İranla bağlı təqdimatından sonra iki ölkə arasında söz savaşı yeni mərhələyə qədəm qoyub. Sözügedən ölkələrin bir-birini günahlandırmağa köklənən dialoqu sözün həqiqi mənasında sürət kəsb edib. Netanyahu əvvəlki təqdimatlarından daha irəli gedərək bu dəfə tribunaya daha ciddi əyani vasitə-İsrail tərəfindən vurulmuş və guya İranda istehsal olunduğu sübut edilən pilotsuz təyyarənin bir hissəsini nümayiş etdirməsi aranı əməlli- başlı qarışdırıb. Politoloq Əlimusa İbrahimov deyir ki, bu təqdimatdan sonra auditoriyada hansı reaksiyanın hakim kəsildiyini demək olduqca çətin məsələdir: "Amma məndə Suriyada vurulmuş İsrail təyyarəsinin qanadının göstərilməsi daha çox təsir buraxdı, nəinki, İranın istehsal etdiyi pilotsuz təyyarə hissəsi. Bu qənaətdəyəm ki, Netanyahu çıxışını Suriyadakı İran mövqelərini bombalaması ilə başlamalı idi. Auditoriyaya izah etməli idi ki, 1979-cu ildən bəri hər il İsrail dövləti İrana qarşı müharibəyə başlamaqla hədələyir. Amma bu hədəni hələ də həyata keçirmək istiqamətində addım belə atmayıb. Bu gedişlə İranın qarşısında dayanmaq imkansızdır. İran hədələmir, İran nümayəndələri təqdimat təşkil etmir, amma sakitcə irəliləyir, Suriyanı tutub, İraqda əsas sözə sahibdir, Yəməni əhatə edib və sair". Onun bildirdiyinə görə, İranda gözəl başa düşürlər ki, ölkələri ətrafında hay-küy yaratmaq İsrail rəhbərliyinə həm daxili, həm də xarici qüvvələr üçün lazımdır, nəinki müharibə üçün: "İsrail Hərbi Hava Qüvvələrinin F-16 qırıcı təyyarəsinin vurulması yəhudi dövlətində və onun himayədarı olan Amerikada şok effekti yaratdı. Baş nazir Netanyahu dərhal dron məsələsini ortalığa atdı və İranı İsrailin sərhədlərini pozmaqda günahlandırdı. " İsrail özünü bütün hücumlardan qoruyacaq"-deyə o bəyan etdi. İran mövzusu İsraildə müxtəlif istiqamətlərdə istifadə olunan çoxprofilli mövzudur. İsraildə bütün zamanlarda hakimiyyətdə olanlar hakimiyyətdə qalmaq və mövqelərini daha da gücləndirmək üçün, hakimiyyətə gəlmək istəyənlər öz rəqiblərinə qalib gəlmək, hərbi sənaye silah sifarişlərini artırmaq, politoloqlar gündəmdə qalmaq, jurnalistlər tirajlarını artırmaq üçün bu mövzunu dövriyyədən çıxmağa qoymayıblar. Bu gün Netanyahu eyni mövzudan rüşvət alması ilə bağlı aparılan istintaqdan yaxa qurtarmaq üçün istifadə edir. Beləliklə, İran mövzusu az qala İsrail cəmiyyətinin atributuna çevrilib. Amma son günlərə qədər". Politoloqun qənaətinə görə, F-16 qırıcı təyyarəsinin Suriya Hava Müdafiə Qüvvələri tərəfindən vurulub salınması vəziyyəti olduqca dramatikləşdirdi. 30 ildən artıq Orta Şərq fəzasında "at oynadan" İsrail aviasiyası ciddi maneəyə rast gəldi. İrana hücum etməklə hədələyən İsrail Suriyada ilişib qaldı. İsrail hərbçiləri ciddi xəbərdarlıq aldılar. Onlar düşünürdülər ki, regionda qarşılarına çıxacaq qüvvə mövcud deyil: "Bu hadisə digər ərəb və müsəlman ölkələri üçün də stimul rolunu oynayacaq. Məğlubedilməzlik haqqında İsrail ətrafında yaranan mif F-16-ya açılan bir raket zərbəsi ilə dağıdıldı. İsrail İranla bağlı daha dərindən düşünməyə məcbur edilib ki, bunun da kökündə müharibə dayanır. Bundan sonra müharibəsiz İranın qarşısının alınması mümkün olmayacaq. Artıq İranla müharibə variantı yeni qüvvə ilə masalara qayıdacaq".
 Maraqlı məsələ ondan ibarətdir ki, bu missiyanı üzərinə kim götürəcək -Amerika, İsrail, yaxud Səudiyyə Ərəbistanı? Politoloq hesab edir ki, Amerika Əfqanıstan, İraq, Suriyadakı hərbi əməliyyatlarda yetərincə problemlərlə qarşı-qarşıyadır və bu siyahıya İranın da əlavə olunacağı ağlabatan görünmür. İsrail heç vaxt İranla ciddi qarşıdurmaya getmək cürətində deyil. O İrana hücumun nə ilə nəticələnə biləcəyini yaxşı dərk edir. İranla birbaşa müharibə yəhudi dövlətinin artıq tarixdə neçənci dəfə süqutuna səbəb ola bilər: "Səudiyyə Ərəbistanı öz qonşuluğundakı İranpərəst qüvvələr qarşısında aciz qalıb. Onun İrana qarşı İsrail və Amerikanın yardımları və təminatı sayəsində olsa belə, müharibəyə başlamasının perspektivsiz olması hamıya məlumdur.
Regionda və ondan kənarda İranla müharibəyə girəcək qədər ağılsız olan bir dövlət xatırlaya bilmirəm. Deməli, İran ambisiyalarını həyata keçirməkdə davam edəcək. Bu ambisiyalar regiondakı bütün dövlətləri ağuşuna almaqdadır. Son Afrin hadisələri Türkiyənin regional güc qazanması istiqamətində ümidvericidir və fikrimcə, Amerika bu dövlətlə ortaq məxrəcə gələrsə İran təhlükəsini müəyyən qədər zəiflədə bilər. Amma yumşaq güc vasitəsi ilə nəinki hədə- qorxu və hətta müharibənin başlaması təhlükəsi yaranır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31