ABŞ buna nə deyəcək? - Vaşinqtonun TEZİSİ ÇÖKDÜ- ŞOK FOTOLAR

Afində Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə ağır zərbələr alan YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı –red.) Hasekedə güclənməyə çalışır.

Afində Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı ilə ağır zərbələr alan YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı -red.) Hasekedə güclənməyə çalışır.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, terror təşkilatı şəhərin girişində yerləşən böyük lövhədən keçmiş prezident Hafiz Əsədin (indiki president Bəşər Əsədin atası -red.) şəklini endirərək onu PKK-nın lideri Abdullah Öcalan və digər terrorçuların şəkilləri ilə əvəz edib.

Bu isə PYD-nin PKK ilə bağlantısını növbəti dəfə sübut edib.

Qeyd edək ki, Türkiyə PYD-nin PKK-nın bir qolu olduğunu açıqlasa da, ABŞ bunu qəbul etmir və terror təşkilatına yardımlarını davam etdirir. ABŞ-ın terror təşkilatına yardımları Ankara-Vaşinqton xəttində gərginlik yaradan əsas məsələ hesab olunur. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31