Gündəm

Ziya Bünyadovun qətlinin 21 illik sirri

27 Fevral 2018 14:14

Akademik Ziya Bünyadovun qətlə yetirilməsinin 21-ci ilində qətlin iştirakçılarından olan Nizami Nağıyevin mətbuata verdiyi müsahibə yendən 21 il geri qayıdaraq həmin qanlı hadisə barədə bir çoxlarını bir daha düşünməyə, baş sındırmağa, qətlin həyata keçirilməsinə səbəb olan əsas məqamı axtarmağa sövq etsə də, lakin ötən 21 ildə heç bir nəticə vermədiyi kimi bu dəfəki çabalar da bir sonuca çatmadı. Bütün bunları bir kənara qoyaraq Nizami Nağıyevin müsahibəsinin əsas məğzinə diqqət yetirək. Və hansı səbəbdən onun indi gündəmə gəlməyə cəhd göstərdiyini aydınlaşdırmağa çalışaq.

Tarixin ən dəhşətli soyqırımlarından biri

27 Fevral 2018 14:12

Bu günlər Azərbaycan xalqı daha bir ağrı-acılı, faciəli gününü, Xocalıda azərbaycanlılara qarşı həyata keçirilən soyqırımın ildönümünü qeyd edir. 26 il əvvəl ermənilər tərəfindən vəhşicəsinə həyata keçirilən bu faciənin, soyqırımın hazırlıqları hələ XX əsrin 80-ci illərindən başlamışdı desək yanılmarıq. Hər halda Xocalıdakı qətliamda iştirak edən 366-cı alayın illər öncə Dağlıq Qarabağa dislokasiya olunması belə deməyə əsas verirdi.

Əl-ələ tutuşmaq - ağrıları azaldır

27 Fevral 2018 14:11

Sevgililərin əl-ələ tutaraq bir müddət dayanması bir-birilərinin fiziki ağrılarını azaldır. Bu haqda ABŞ alimləri araşdırma aparıblar. Məlumata görə, sevdiyiniz insanın əlini tutmaq, dəriyə vurulan isti bir dəmir parçasının verəcəyi acını keyləşdirəcək qədər təsirlidir. Bu vəziyyətin impatiyadan qaynaqlandığını düşünən elm insanları, yoldaşların bir-birilərinə duyduqları sevgini toxunaraq qarşı tərəfə hiss etdirdiklərini və beyin dalğalarının eyni tezlikdə "rəqs etməyə başladığını" deyir. Toxunmaqla keçən impatiya duyğusunun ağrı hiss edən adamın stressini ləngitdiyi və beyinin ağrı azaldan kimyəvi maddələr ifraz etməsini təmin etdiyi güman edilir.

Türkiyənin məşhur mafiya lideri Qarabağ qazisini evində qəbul etdi

27 Fevral 2018 14:07

Vətən uğrunda gözünü və bir ayağını itirən gənc Qarabağ qazisi, keçmiş güləşçi Kamil Musavi Türkiyənin məşhur mafiya liderlərindən biri olan Sedat Pekerlə görüşüb.

Xalça muzeyində “Öyrən və əylən”

27 Fevral 2018 14:05

Azərbaycan Xalça Muzeyində  Novruz bayramı münasibətilə fevralın 27-dən başlayaraq çərşənbələrə həsr olunan tədbirlər təşki olunacaq. Olaylar.az bildirir ki,  Novruz bayramına qədər dörd ünsürlə bağlı olan Su, Od, Hava, Torpaq çərşənbəsi günlərində muzeydə ziyarətçilər üçün xüsusi proqramlar təqdim olunacaq. Tədbirlər proqramında öyrədici və əyləncəli tədbirlər, o cümlədən ustad dərsləri və müxtəlif maraqlı təlimlər olacaq. Eyni zamanda, Bakı şəhərinin müxtəlif məktəblərini təmsil edən şagirdlər rəqs, mahnı, şeir və digər özfəaliyyət bacarıqlarını nümayiş etdirəcəklər.

Gecə klubunda ofisiant qadına təcavüz etmək istəyib - ŞOK HADİSƏ

27 Fevral 2018 14:05

Türkiyənin Ortaköy ərazisində yanvarın 7-də baş verən hadisənin təfərrüatları məlum olub. İddialara görə, türk vəkil dostu G.S.Y ilə kluba gedən M.M adlı xarici vətəndaş qadın klubun ofisiantının təcavüzünə məruz qalıb. 

Daşkəsəndə sevgilisini öldürən kişi intihar etdi

27 Fevral 2018 14:04

Fevralın 25-də Daşkəsən rayonunun Əhmədli kənd sakini Mahizər Cəfərova evində münaqişə zəminində Gəncə şəhər sakini Qorxmaz Bağırov tərəfindən qətlə yetirilib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, fevralın 26-da Q.Bağırov Kəpəz rayonunun Məhsəti qəsəbəsindəki evinin həyətində özünü asıb. Araşdırma aparılır. Qeyd edək ki, 1975-ci il təvəllüdlü Mahizər Cəfərova və 1978-ci il təvəllüdlü Qorxmaz Bağırov qeyri-rəsmi nikahda yaşayırmışlar.

Güləşçilərimiz qüvvələrini Mazandaranda sınayacaq

27 Fevral 2018 14:02

1-2 mart 2018-ci il tarixdə İran İslam Respublikasının Mazandaran vilayətinin  Behşəhr şəhərində Şəhid Həşim Nejad Kuboku uğrunda beynəlxalq turnir keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın üzvləri turnirdə iştirak edəcək. 

“Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans keçirilib

27 Fevral 2018 14:01

Fevralın 27-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində 300-dən çox sahibkarın iştirakı ilə “Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans və kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçirilib.

Amsterdamda Xocalı soyqırımına həsr olunmuş konsert-rekviyem təşkil olunub

27 Fevral 2018 13:59

Niderland Krallığının paytaxtı Amsterdamda Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar konsert-rekviyem keçirilib. “OLAYLAR” xəbər verir ki, şəhərin “De Rode Hoed” Mərkəzində simfonik orkestrın iştirakı ilə baş tutan prorqam Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlayıb. Daha sonra Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində hazırlanmış qısa filmin təqdimatı keçirilib. Tədbirdə həmçinin Vyana Konservatoriyasının tələbəsi, solist Onidia Danger Azərbaycanla bağlı öz fikirlərini bölüşüb. O, Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının kədərini bölüşdüyünü deyib, xalqımıza bir daha belə faciə ilə üzləşməməyi və sülh arzulayıb.

Sumqayıt sakini atasını bıçaqladı

27 Fevral 2018 13:57

Sumqayıt sakini atasını və daha iki nəfəri bıçaqlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 25-də şəhər sakinləri Emin Ömərə və İbrahim Cəfərova bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Coşqun Hüseynov saxlanılıb.

Narkobarondan 10 kq tiryək götürülüb

27 Fevral 2018 13:55

Azərbaycanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyatlar nəticəsində külli miqdarda narkotik vasitə olan tiryək aşkarlanaraq dövriyyədən çıxarılıb.

Elmar Məmmədyarov Cenevrəyə gedib

27 Fevral 2018 13:54

Xarici işlər naziri Elmar Məmmədyarov Cenevrəyə işgüzar səfərə yola düşüb. XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində E. Məmmmədyarovun BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı, BMT-nin baş katibinin müavini, eyni zamanda BMT-nin Cenevrə bölməsinin Baş direktoru və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

İlham Əliyev Mingəçevirin içməli su təchizatı sisteminin istismara verilməsində iştirak edib

27 Fevral 2018 13:52

Fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində iştirak edib.

İlham Əliyev Mingəçevir SES-in istismara verilməsi mərasimində iştirak edib

27 Fevral 2018 13:50

Fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyev 424 MVt gücündə Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak edib.