Xalça muzeyində “Öyrən və əylən”
Azərbaycan Xalça Muzeyində Novruz bayramı münasibətilə fevralın 27-dən başlayaraq çərşənbələrə həsr olunan tədbirlər təşki olunacaq. Olaylar.az bildirir ki, Novruz bayramına qədər dörd ünsürlə bağlı olan Su, Od, Hava, Torpaq çərşənbəsi günlərində muzeydə ziyarətçilər üçün xüsusi proqramlar təqdim olunacaq. Tədbirlər proqramında öyrədici və əyləncəli tədbirlər, o cümlədən ustad dərsləri və müxtəlif maraqlı təlimlər olacaq. Eyni zamanda, Bakı şəhərinin müxtəlif məktəblərini təmsil edən şagirdlər rəqs, mahnı, şeir və digər özfəaliyyət bacarıqlarını nümayiş etdirəcəklər.
27 Fevral 2018 14:05 MədəniyyətAzərbaycan Xalça Muzeyində Novruz bayramı münasibətilə fevralın 27-dən başlayaraq çərşənbələrə həsr olunan tədbirlər təşki olunacaq. Olaylar.az bildirir ki, Novruz bayramına qədər dörd ünsürlə bağlı olan Su, Od, Hava, Torpaq çərşənbəsi günlərində muzeydə ziyarətçilər üçün xüsusi proqramlar təqdim olunacaq.
Tədbirlər proqramında öyrədici və əyləncəli tədbirlər, o cümlədən ustad dərsləri və müxtəlif maraqlı təlimlər olacaq. Eyni zamanda, Bakı şəhərinin müxtəlif məktəblərini təmsil edən şagirdlər rəqs, mahnı, şeir və digər özfəaliyyət bacarıqlarını nümayiş etdirəcəklər. "Öyrən və əylən" rubrikasında uşaqlara Novruz bayramından öncə xalqımızın qeyd etdiyi dörd çərşənbənin hər birinin özəlliyi, ifadə etdiyi mənalarla bağlı maraqlı məlumatlar təqdim olunacaq. Bu, Azərbaycan xalqının milli mənəvi, maddi və mədəni dəyərlərini, zəngin adət-ənənələrini gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədi daşıyır.
Bununla yanaşı, muzeydə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində martın 3-ü və 4-də muzeyin uşaq muzeyi şöbəsi tərəfindən hazırlanan xüsusi proqram təşkil ediləcək. Qadınlara hədiyyə hazırlamaq üzrə ustad dərsləri keçiriləcək, iştirakçılara müxtəlif hədiyyə və suvenirlərin hazırlanması öyrədiləcək. Bu proqramlara qatılmaq istəyənlər daha ətraflı məlumat üçün muzeylə əlaqə saxlaya bilərlər.