Gündəm

Prokuror sürücüyə cəza istəyib

27 Fevral 2018 13:43

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elçin Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, E. Musayevin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Azərbaycanda qeyri-qanuni məşğulluq faktları aşkarlanıb

27 Fevral 2018 13:41

Yanvar ayı ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri və Şamaxı rayonunda 4 müəssisədə (“Grand Hospital, Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazası, Zəkiyev Saleh Mirabas oğluna məxsus mağaza, “İmplant Art” Dental Klinika”) qeyri-rəsmi məşğulluqla mübarizəyə dair yoxlamalar aparılıb və bir sıra qanun pozuntuları aşkar edilib. Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının Katibliyindən verilən məlumata görə, həmin dörd müəssisə ümumilikdə doxsan doqquz min manat məbləğində cərimə olunub.

Tikinti şirkətlərində 70 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkarlanıb

27 Fevral 2018 13:38

Yanvar ayı ərzində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhəri üzrə ümumilikdə 10 tikinti obyekti olmaqla (“MVVL Verus Praedium” Mənzil Tikinti Kooperativi, “Babək-94” Müstəqil Kiçik Müəssisəsi, “TTF-A” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Laura” Firması, “Kaspian Park” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Evian Konstruksiya” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Piramida-F.R.” Məhdud Məsuliyyətli Cəmiyyəti, “ Gözəl Bakı” Mənzil-Tikinti Kooperativi, Xəlilov Azər Rəfail oğluna məxsus sair fərqi xidmətlərin göstərilməsi)  6 səyyar monitorinq həyata keçirilib.

Çiskin olacaq

27 Fevral 2018 13:29

Bakıda və Abşeron yarımadasında fevralın 28-dəhava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi  əsəcək. 

Coğrafiya İnstitutu: "Qışda Bakıya qar yağmaması iqlim dəyişmələri ilə bağlıdır"

27 Fevral 2018 13:22

"Qış aylarında Bakıya qarın yağmaması iqlim dəyişmələri, iqlimin istiləşməsi ilə bağlıdır. Bundan sonra belə olacaq". Bunu Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz  Məmmədov deyib. O bildirib ki, planetin qlobal temperaturu yüksəlir: "Qış aylarında havaların mülayim keçməsi, fevral ayında qarın yağmaması iqlim dəyişmələri ilə bağlıdır, başqa səbəbi yoxdur.

Bir neçə rayonda çoxsaylı oğurluq edən DƏSTƏ ƏLƏ KEÇDİ

27 Fevral 2018 13:19

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri zamanı bir neçə rayonun ərazisində oğurluqlar törədən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayon Xırmandalı kənd sakini Şəmsəddin Qasımov DİN-in “102” xidməti-zəng mərkəzi və Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxslərin ona məxsus mağazanın qapısını sındırmaqla oradan 150 manat pul oğurladığını bildirib.

Əməkdar artist gizlinləri açdı

27 Fevral 2018 13:15

Mərhum xalq artisti ölümündən əvvəl küsülü olduğu həmkarı Nazpəri Dostəliyevaya ilə barışmaq istəyib. Əməkdar artist Firuzə İbadova İ.Quliyeva ilə bağlı gizlinləri açıqlayıb. Onun sözlərinə görə, mərhum xalq artisti ölümündən əvvəl Nazpəri Dostəliyevaya zəng edib: “İlhamə xanım elə sərt, qəddar görünməsinə rəğmən, həddən artıq mülayim, kövrək bir insan olub. Bunu onu yaxından tanıyanlar gözəl bilir.

Casusluqda ittiham olunanların bir qisminin cinayət işi məhkəməyə göndərilib

27 Fevral 2018 13:09

"Casusluqda ittiham olunanlar müxtəlif şəraitdə müxtəlif yerlərdə cinayət törədiblər. Onların bir qisminin cinayət işi məhkəməyə göndərilib, bir qismi də göndəriləcək". Bunu Respublikanın hərbi prokuror Xanlar Vəliyev deyib. O bildirib ki, cinayət törədənlərin hərbi hissələri fərqlidir: "Bu cinayətlər başqa-başqa yerlərdə törədilib. Hərbi hissələr fərqlidir. Müəyyən şəxslər haqqında istintaq davam edir. Biz düşünürük ki, Novruz bayramına qədər iş tam yekunlaşıb, məhkəməyə göndəriləcək".

ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edir – ŞOK İDDİA

27 Fevral 2018 13:03

ABŞ Türkiyəni Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınmasından imtina etməyə çağırıb, əks təqdirdə Ankara barəsində sanksiyalar tətbiq edilə bilər. Bu haqda Vaşinqtondakı mənbəyə istinadən “Habertürk” nəşri bildirib. Qəzetin həmsöhbətinin sözlərinə görə, ABŞ-da yaranmış vəziyyətə görə narahatlığı ifadə edirlər. Bildirilir ki, Türkiyənin sözügedən kompleksləri alması NATO-nun operativ uyğunluğuna təsir edə bilər. Bu baxımdan, Ankaraya qarşı məhdudlaşdırıcı ölçülərin daxil edilməsi istisna olunmur.

Müğənninin bu fotosu - sosial medianı "alt-üst etdi"

27 Fevral 2018 12:59

Amerikal müğənni Nicole Scherzingerin paylaşımı sosial mediada gündəm olub. 39 yaşlı Amerikalı müğənni Nicole Scherzinger dünən Dubayda pilates sinfində çəkdirdirdiyi qravitasiyaya meydan oxuyan fotosunu "Instagram"da paylaşıb. 

Kadırov kimi “qanlı zalım” adlandırdı?

27 Fevral 2018 12:57

Çeçenistan rəhbəri Ramzan Kadırov İosif Stalini “qanlı zalım” adlandırıb və lənətləyib. Məlumata görə, bunu R.Kadırov “Telegram” hesabında 23 fevral 1944-cü ildə çeçenlərin kütləvi sürgün olunmasının ildönümü münasibəti ilə yazıb.

Sevgilisini döyən 56 yaşlı aktrisa - 20 min cərimə olundu

27 Fevral 2018 12:53

56 yaşlı əcnəbi aktrisa Hizert Loklir məişət zorakılığı, sevgilisini döymə və polisə hücum etmə maddələri ilə ittiham olunub. Polisin verdiyin məlumata görə, aktrisanın evindən gələn zəngdən sonra hadisə üstünə gedən polislər aktrisanın sevgilisini döyüldüyü halda görüblər. Polislər aktrisanı bölməyə aparmaq istəsə də, o, müqavimət göstərib. Zorla polis bölməsinə aparılan Loklir ifadə verdikdən sonra 20 min dollar qarşılığında azadlığa buraxılıb.

“Prezident seçkilərində...” - Putinin adamı yeni müharibənin TARİXİNİ AÇIQLADI

27 Fevral 2018 12:48

Martın 18-də keçiriləcək prezident seçkilərində Vladimir Putinin yenidən seçilməsinə mane olmaq məqsədiylə Donbasda yaxın günlərdə müharibə başlana bilər. Bu haqda Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü, politoloq Sergey Markov Feysbuk səhifəsində yazıb.

Müğənni Ayanın türkiyəli iş adamı ilə səmimi görüntüsü yayıldı

27 Fevral 2018 12:46

“Bilmirəm mənə inanarsan, ya yox? 100 dəfə yazıb sildim. Çünki deyirlər ki, insan sevdiklərinə nə hiss etdiklərinə söyləməz”. Bu sözləri müğənni Ayan türkiyəli dostu, iş adamı Hakan Tarakcı haqqında isntaqramda yazıb. O, dostu ilə səmimi şəklini paylaşraq təbrik edib: “Çox uzun danışmayacağam.