Güləşçilərimiz qüvvələrini Mazandaranda sınayacaq

1-2 mart 2018-ci il tarixdə İran İslam Respublikasının Mazandaran vilayətinin  Behşəhr şəhərində Şəhid Həşim Nejad Kuboku uğrunda beynəlxalq turnir keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın üzvləri turnirdə iştirak edəcək. 

1-2 mart 2018-ci il tarixdə İran İslam Respublikasının Mazandaran vilayətinin  Behşəhr şəhərində Şəhid Həşim Nejad Kuboku uğrunda beynəlxalq turnir keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın üzvləri turnirdə iştirak edəcək. 
Məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında 10 güləçimiz qonşu ölkəyə yollanıb. Heyətdə Əsgər Məmmədəliyev (57 kq), Tural Hüseynov (61 kq), Elmar Kazımov (65 kq), Davud İbrahimov (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Alimaqomed Alixmayev (97 kq) və Rahid Həmidli (125 kq) yer alıb. 
Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakim Firqət İbrahimov təmsil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31