Dövlət Gömrük Komitəsi təkzib edir

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Moldova Respublikasının prokurorluq və sərhəd polisi rəsmilərinə istinadən Əfqanıstandan Avropaya narkotiklərin daşınması barədə məlumatlar yayımlanıb.

"Azərbaycandan keçməklə Türkiyədən Moldovaya yük aparan nəqliyyat vasitəsi qeydə alınmayıb"

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Moldova Respublikasının prokurorluq və sərhəd polisi rəsmilərinə istinadən Əfqanıstandan Avropaya narkotiklərin daşınması barədə məlumatlar yayımlanıb. Məlumatda narkotik vasitələrin daşındığı ehtimal edilən marşrutlar sadalanıb və bu marşrutlarda adları sadalanan ölkələr arasında Azərbaycan Respublikasının da olduğu qeyd edilib. "Olaylar"ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi bildirir ki, ölkəmizin gömrük orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə aparır və Azərbaycandan tranzit keçməklə Türkiyədən Moldova Respublikasına yük aparan hər hansı nəqliyyat vasitəsi qeydə alınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31