Gündəm
Türkiyədə Azərbaycan mahnısı erməni musiqisi kimi təqdim edildi - VİDEO
Türkiyənin məşhur Youtube kanalı Onedio-da yayımlanan "PinÇ" proqramında sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyova aid olan "Çırpınırdı Qaradəniz" mahnısını aparıcısı Oğuzhan Uğuru erməni xalq mahnısı kimi təqdim edib.
5 qat dünya çempionu həbs olundu
ABŞ polisi üzgüçülük üzrə beşqat dünya çempionu olan rusiyalı idmançı Yuliya Yefimovanı Los-Ancelesdə saxlayıb.
Rüstəm Usubovdan dəhşətli yanğınla bağlı ilk açıqlama
Xətai rayonu Respublika Narkoloji Mərkəzində baş verən dəhşətli yanğınla bağlı məlumat vermişdik.
Məşhur bəstəkar ölüm ayağında — TƏCİLİ
Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin vəziyyəti ağırlaşıb. Bu barədə bəstəkarın ailə dostu, şairə Zenfira Əlişqızı məlumat verib. Onun sözlərinə görə, artıq həkimlər də heç bir müdaxilə edə bilməyəcəklərini söyləyiblər: "İnsultdan sonra nitqi itmişdi. Bədəni soyuyur. İyirmi gün bundan öncə həkimlər bildirdilər ki, heç bir zəmanət vermirik. Bundan sonra neçə gün yaşayacağı Allahın əlindədir. Artıq Bəstəkarlar İttifaqının və Mədəniyyət və Turizm Nazirliyinin də xəbəri var".
“Barsa” 20 nəfəri xilas edən yeniyetməyə kömək təklif etdi
"Barselona" ABŞ-ın Florida şəhərindəki məktəbdə törədilən faciə zamanı qəhrəmanlıq göstərən sabiq yetirməsinə kömək təklif edib. Venesuela əsilli 15 yaşlı Entoni Borxes məktəbə hücum zamanı 20 nəfəri sinif otağına salaraq, qapını bağlayıb. Bu zaman o, 5 güllə yarası alıb. Entoni 2016-cı ildə Floridada yerləşən "Barsa" akademiyasında da bir müddət təhsil alıb. Klub rəhbərliyi sabiq yetirməsinin qəhrəmanlığından xəbər tutduqdan sonra onun valideyinləri ilə əlaqə saxlayıb.
Rusiyalı nazir Azərbaycana səfər edəcək
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin apreldə Azərbaycana səfər edəcək. Bu barədə nazir özü "Moskva-Bakı" portalına müsahibəsində deyib. M.Oreşkin qeyd edib ki, Rusiya-Azərbaycan ticari-iqtisadi münasibətləri aktiv inkişaf edir: "Hazırda biz Azərbaycanla bu istiqamətdə əlaqələrin gücləndirilməsinə imkan verəcək xüsusi qrup yaratmışıq. Azərbaycanla qarşılıqlı münasibətlər bizim üçün çox mühümdür".
12 yaşlı qız özünü tövlədə asdı - Səbəb
"Mavi balina" oyunu oynayan 12 yaşlı qız intihar edib. Ukraniyanın Rudka vilayətində yaşayan Anastasiya Kislukadlı qız özünü həyətlərindəki tövlədən asıb. O, özünü öldürməzdən öncə Youtube-də intihar videolarını izləyib.
“Şöhrət” ordeni ilə təltif olunan alim anıldı
Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda məşhur azərbaycanlı alim-şərqşünas Sara Aşurbəylinin xatirəsinə həsr olunmuş “Azərbaycanda çinşünaslığın tarixi” mövzusunda elmi-tələbə seminarı keçirilib. Olaylar.az bildirir ki, çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov S.Aşurbəylinin Azərbaycan tarixi elminin inkişafına verdiyi töhfələr barədə danışıb. S.Aşurbəylinin orta əsrlərdəki Azərbaycan ilə Çin arasında iqtisadi və mədəni əlaqələrə həsr olunan əsərlərinə diqqət çəkən R.Abbasov görkəmli alimin Azərbaycan sinologiyasının təməlini qoyduğunu vurğulayıb.
Xidmət rəisi vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov martın 15-də Xidmətin Sabirabad rayon şöbəsində vətəndaşları qəbul edəcək.
Yapon incəsənət nümunələri sərgilənəcək
Martın 5-də Azərbaycan Milli İncəsənət Muzeyi geniş ictimaiyyətə “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisini təqdim edəcək. Muzeyin fondundan 18 minə yaxın bədii sənət əsərinin nümayiş olunacağı planlaşdırılan "Dünya incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" "coğrafi" sərgi silsiləsini davam etdirir.
Keçən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 15 059 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 15 059 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 11 137 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 922 vətəndaşa xidmət göstərilib.
Düşmən atəşkəsin pozulması zamanı iriçaplı silahlardan istifadə edir
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.
2295 terrorçu məhv edilib
Türk Silahlı Qüvvələrinin və Azad Suriya Orsdusu Suriyanın Afrin şəhərində birgə həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı davam etdirilir. Olaylar.az bildirir ki, ötən gecə əməliyyat zamanı silahlı qüvvələr ATAK helikopteri vaistəsilə Afrin şəhərinin qərbində 9 terrorçunu zərərsizləşdiriblər. Ümümilikdə isə əməliyyat zamanı qüvvələr 2295 terrorçunu məhv edib.
Səhiyyə Nazirliyi yanğınla bağlı MƏLUMAT YAYDI
Səhiyyə Nazirliyin Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib.
Nazirlik faktiki müşahidə edilən hava barədə məlumat yayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində martın 01-i axşamdan martın 02-si səhərədək hava şəraiti-qeyri sabit keçib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub. Departamentdən daxil olan məlumata görə, şimal-qərb küləyi əsib, bəzi rayonlarda arabir güclənib.







.jpg)





