“Barsa” 20 nəfəri xilas edən yeniyetməyə kömək təklif etdi

"Barselona" ABŞ-ın Florida şəhərindəki məktəbdə törədilən faciə zamanı qəhrəmanlıq göstərən sabiq yetirməsinə kömək təklif edib. Venesuela əsilli 15 yaşlı Entoni Borxes məktəbə hücum zamanı 20 nəfəri sinif otağına salaraq, qapını bağlayıb. Bu zaman o, 5 güllə yarası alıb. Entoni 2016-cı ildə Floridada yerləşən "Barsa" akademiyasında da bir müddət təhsil alıb. Klub rəhbərliyi sabiq yetirməsinin qəhrəmanlığından xəbər tutduqdan sonra onun valideyinləri ilə əlaqə saxlayıb.

Onlar yeniyetmənin müalicəsi ilə maraqlanıb, bu məqsədlə klubun xidmətini təklif ediblər. "Barselona" rəhbərliyi Entoni bərpa olunduqdan sonra onun klubun düşərgəsinə səfərini də planlaşdırır. Yeniyetməyə futbolçuların imzaladığı klub forması da göndərilib. Komanda.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31