Yapon incəsənət nümunələri sərgilənəcək

Martın 5-də Azərbaycan Milli İncəsənət Muzeyi geniş ictimaiyyətə “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisini təqdim edəcək. Muzeyin fondundan 18 minə yaxın bədii sənət əsərinin nümayiş olunacağı planlaşdırılan "Dünya incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" "coğrafi" sərgi silsiləsini davam etdirir.

Martın 5-də Azərbaycan Milli İncəsənət Muzeyi geniş ictimaiyyətə "Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" sərgisini təqdim edəcək. Muzeyin fondundan 18 minə yaxın bədii sənət əsərinin nümayiş olunacağı planlaşdırılan "Dünya incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" "coğrafi" sərgi silsiləsini davam etdirir.

Olaylar.az bildirir ki, Milli İncəsənət Muzeyinin yapon incəsənəti kolleksiksiyası, xronoloji çərçivəsi XVIII-XX əsrləri əhatə edən 200-ə yaxın muzey əşyasını özündə birləşdirir. Yapon incəsənəti kolleksiyasının əsasını Azərbaycan burjuaziyasının mülkiyyətindən müsadirə olunan və milliləşdirildikdən sonra muzey fonduna verilmiş əşyalar təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31