Türkiyədə Azərbaycan mahnısı erməni musiqisi kimi təqdim edildi - VİDEO

Türkiyənin məşhur Youtube kanalı Onedio-da yayımlanan "PinÇ" proqramında sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyova aid olan "Çırpınırdı Qaradəniz" mahnısını aparıcısı Oğuzhan Uğuru erməni xalq mahnısı kimi təqdim edib.

Kamilla Əhmədova adlı həmyerlimizin verdiyi məlumata görə, aparıcı daha sonra "məlumat səhvdir deyə" yazı yazıb. Amma bununla bağlı nə üzr istəyib, nə də səhvini boynuna alıb.

Verilişdən həmin anı 39:56-cı dəqiqəsindən izləyə bilərsiniz:

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31