Keçən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 15 059 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 15 059 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 11 137 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 922 vətəndaşa xidmət göstərilib.
2 Mart 2018 11:39 SosialTəhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. "OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 15 059 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 11 137 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 922 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 372 sənəd (738 məktub, 549 ərizə, 85 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox tələbələrin yerli ali və orta ixtisas təhsili müəssisələrinə köçürülməsi və bərpası, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbul ilə bağlı məsələləri əhatə edib.