Xidmət rəisi vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov martın 15-də Xidmətin Sabirabad rayon şöbəsində vətəndaşları qəbul edəcək.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov martın 15-də Xidmətin Sabirabad rayon şöbəsində vətəndaşları qəbul edəcək. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, qəbulda Hacıqabul, Şirvan, Salyan, Neftçala, Kürdəmir, Sabirabad və Saatlı rayonlarının sakinləri iştirak edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 12.03.2018-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31