Rüstəm Usubovdan dəhşətli yanğınla bağlı ilk açıqlama
Xətai rayonu Respublika Narkoloji Mərkəzində baş verən dəhşətli yanğınla bağlı məlumat vermişdik.
2 Mart 2018 11:59 SosialXətai rayonu Respublika Narkoloji Mərkəzində baş verən dəhşətli yanğınla bağlı məlumat vermişdik. Bizim Yol baş verən dəhşətli yanğınla bağlı baş prokurorun birinci müavini Rüstəm Usubovla əlaqə saxlayıb. Hadisə yerində olan Rüstəm Usubov bu barədə açıqama vermək üçün hələ ki araşdırma getdiyini bildirib.
"Nə qədər adam ölüb, bunun üçün araşdırma gedir. Hələ ki danışmaq mümkün deyil. Mən hazırda hadisə yerindəyəm. Araşdırma gedir. Yarım saata kimi 4 nazirlik birgə mətbuat konfransı keçirəcək və hadisə barədə ətraflı açıqlamalar veriləcək. İndi çox məşğulam."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31