Səhiyyə Nazirliyi yanğınla bağlı MƏLUMAT YAYDI

Səhiyyə Nazirliyin Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib.

"Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib. Xəstəxananda müalicə alan və tibbi personaldan ibarət 200 nəfərə yaxın adamı vaxtında təxliyə etmək mümkün olub.

Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir. Həyata keçirilmiş bütün zəruri tədbirlərə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31