Gündəm

Qəza zamanı avtobus iki hissəyə parçalandı - DƏHŞƏTLİ QƏZA- VİDEO

2 Mart 2018 12:46

Braziliyada baş verən avtomobil qəzası nəticəsində avtobus iki hissəyə bölünüb. Brazilyada işıqforu nəzərə almayan iri yük maşınının sürücüsü qarşısındakı avtobusla toqquşub.

Qonaqlardan biri anidən gəlinə yaxınlaşdı və... - Beləsi heç görülməyib- VİDEO

2 Mart 2018 12:44

Çində qeyri-adi hadisə yaşanıb. Gəlin qaynatasının qarşısında başını əyərək salam verərkən qonaqlardan biri ona qarşı hörmətsizlik edib. Belə ki, o anidən gəlinə yaxınlaşıb və zorla onun başını əyməyə başlayıb. Həmin görüntüləri anbaan təqdim edirik.

Deputat: "Erməni lobbisinin nümayəndəsinin etirafı Ermənistanla bağlı hərbi tribunalın yaradılması üçün bir siqnaldır"

2 Mart 2018 12:41

ABŞ-dakı radikal erməni lobbisinin təhriki ilə Kaliforniya Ştat Senatında keçirilən, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələrdə erməni lobbisinin rəhbərlərindən birinin Xocalı soyqırımı ilə bağlı etirafı beynəlxalq ictimaiyyət üçün ciddi bir siqnaldır ki, Ermənistanla bağlı artıq hərbi tribunal yaradılsın.

Ermənistanın yeni prezidenti seçildi - KİM?

2 Mart 2018 12:38

Ermənistan parlamentində bu gün millət vəkilləri ölkənin yeni prezidentini seçib. Məlumata görə, bu vəzifəyə Armen Sarkisyan seçilib. A.Sarkisyan daha əvvəl Ermənistanın Böyük Britaniyadakı səfiri işləyib. O, həmçinin Ermənistanın baş naziri də olub.

ABŞ-a sərt mesaj: Putini özündən çıxaran – Şok səbəblər

2 Mart 2018 12:34

Putinin “analoqu olmayan silah düzəltmişik” bəyanatı ən əvvəl diplomatiyanın, ABŞ-la aparılan qapalı danışıqların nəticəsiz qaldığını göstərir. Bu sözləri Rusiya Prezidenti Vladimir Putinin ölkəsinin yaratdığı yeni silahlarla bağlı çıxışını şərh edən politoloq Şahin Cəfərli qeyd edib.

Prezident maaşı 58% artırdı – 6 dollar oldu

2 Mart 2018 12:32

Venesuela Prezidenti Nikolas Maduro Venesuelada minimal əmək haqqını 58% artırıb. Bu informasiyanı Maduro öz Feysbuk səhifəsində paylaşıb. Bununla da ölkədə minimal əmək haqqı 392,5 min bolivara (6 dollar) çatıb.

Ölümcül zərbə üçün ƏMR GÖZLƏYİRLƏR - “Mehmetcik” şəhər döyüşlərinə BAŞLAYIR

2 Mart 2018 12:31

Yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində başladığı “Zeytin budağı” əməliyyatının birinci mərhələsi 120 kilometrlik Azez-Deyr Ballut xəttinin PKK/PYD terrorçularından təmizlənməsi ilə başa çatdı.

Musa Qasımlı: "Müəllimlərin sosial vəziyyəti yaxşılaşacaq" 

2 Mart 2018 12:27

“Prezident İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında olan sərəncam olduqca diqqətəlayiqdir”. Bu sözləri  millət vəkili Musa Qasımlı deyib.

Nazirlik direktora “məcburi göstəriş” verdi

2 Mart 2018 12:24

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Bakı şəhərində növbəti reyd keçiriblər. Olaylar.az bildirir ki, reyd zamanı Nizami rayonu, İ.Nəsimi küçəsi 8 ünvanında istehsalat və məişət tullantılarının qalaqlanması, mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmaması və yandırılması faktı aşkar edilib. Araşdırma zamanı sözügedən ünvanda “Gündüz-AS” MTK tərəfindən  hündür mərtəbəli binanın tikildiyi, tikinti zamanı yaranan istehsalat və məişət tullantılarının əraziyə atılaraq qalaqlandığı və yandırıldığı müəyyən olunub. 

“Mənə ölməyi öyrət” təqdim olunacaq

2 Mart 2018 12:24

Martın 3-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Moldova ədəbiyyatı günləri” çərçivəsində yazıçı İqor Vonitskinin “Mənə ölməyi öyrət” romanının təqdimat mərasimi və müzakirəsi keçiriləcək.

Siyasi şərhçi: “Ermənilər əleyhimizə təbliğat qura bilməyəcəklər”

2 Mart 2018 12:25

“Ermənilər uzun illər ərzində bizim olmadığımız yerlərdə Azərbaycanla, ümumiyyətlə isə türk milləti ilə bağlı çoxlu dezinformasiyalar yayaraq qlobal ictimai rəyi çaşdırmaqla məşğul olub”. Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

Erməni hərbçiləri Qarabağda narkotik qaçaqmalçılığı ilə məşğul olur

2 Mart 2018 12:23

İşğal altında olan ərazilərimizdə Ermənistan ordusu nümayəndələrinin narkotik qaçaqmalçılığı ilə məşğul olmaları barədə dəfələrlə məlumatlar yayılıb və bu haqda müxtəlif beynəlxalq təşkilatlar hesabatlar hazırlayıb. Bu günlərdə işğalçı ordunun daha bir hərbi qulluqçusu narkotik vasitə daşıyarkən saxlanılıb. 

Sabah sınaq imtahanı var

2 Mart 2018 12:20

Dövlət İmtahan Mərkəzi sabah rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçirəcək. Mərkəzdən verilən məlumata görə, sınaq imtahanı DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək.

Rusiyanın bir hissəsində fövqəladə vəziyyət elan olundu - Nə baş verir?

2 Mart 2018 12:16

Rusiyanın Yujno-Saxalinsk şəhərində güclü siklonla əlaqədar fövqəladə vəziyyət elan edilib. Məlumata görə, siklon qasırğa və güclü qarla müşayiət olunur. Şəhərdə görünüş məsafəsi sıfra bərabər olduğu üçün nəqliyyatın hərəkəti dayandırılıb.

DİM: "Namizədlərin müsahibədə iştirak etməmələri onların məsuliyyətsizliyi kimi xarakterizə edilir"

2 Mart 2018 12:09

Dövlət qulluğuna qəbul olmaq istəyən namizədlərin müsahibədə iştirak etməmələri onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Dövlət İmtahan Mərkəzinin (DİM) məlumat bazasında qeydiyyata alınır.