Sabah sınaq imtahanı var

Dövlət İmtahan Mərkəzi sabah rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçirəcək. Mərkəzdən verilən məlumata görə, sınaq imtahanı DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək.

Dövlət İmtahan Mərkəzi sabah rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçirəcək. Mərkəzdən verilən məlumata görə, sınaq imtahanı DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək. 1-ci növbə imtahanı saat 10:00-da, 2-ci növbə isə saat 14:00-da başlayacaq. Sınaq imtahanında iştirak etmək istəyən namizədlər müvafiq olaraq 3 mart saat 09:00 və 13:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər. Sınaq imtahanı rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə keçirilir. *Sınaq imtahanında yeni test tapşırıqlarından istifadə ediləcəkdir.  AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31